Çərşənbə, 21 Avqust 2013 14:25

Ailədə gözəl rabitə yaratmaq üçün tövsiyələr

Ailədə gözəl rabitə yaratmaq üçün tövsiyələr

Bu gün müasir rabitə sistemləri o qədər inkişaf etmişdir ki, on il əvvəl heç bunu təsəvvür belə etmək olmazdı. Ancaq buna baxmayaraq, çox vaxt bir-birinə yaxın insanlar heç danışmır və bir-biri ilə rabitə qurmurlar.

Rabitə qurmaq dedikdə, yəni başqaları ilə ünsiyyət qurmaq məharəti və başqalarının sözlərinə qulaq asmaq qabiliyyəti nəzərdə tutulur. Bu gün cavanların, ailə üzvlərinin arasında ən çox yayılan problem odur ki, hər cür rahatlığın əllərinin altında olmasına baxmayaraq, rabitə qurmaqda çətinlik çəkirlər.

Bir rabitə qurmağın minlərlə rəmz və yolu vardır. Bu rabitələr bir insanın ehtiyaclarını təmin edən bir əməldir. Ona görə də bir ailədə gözəl rabitə yaratmaq üçün psixoloqlar bəzi tövsiyələr edirlər:

 

1. Bəzən sözlər, rəftar və işarələrlə de ki, sənin üçün nə qədər dəyərliyəm, belə fikirləşmə ki, bunu demədən belə bilirəm.

2. Yaxşı iş görən zaman məni təriflə.

3. Əgər işimdə gücsüz və təcrübəsizəmsə, məni danlama, ümid verməyə çalış.

4. Nə zaman sıxılsan və ya başqalarının dediklərini düz başa düşməsən, mənə açıq şəkildə de. Əgər sənə məsləhət versəm, özümü işə yarayan bir insan kimi hesab edər və bu da mənə xüsusi enerji verər.

5. Həmişə hisslərini sözlərlə bəyan etməyə çalış. Çünki sözlərin yardımı olmasa, hisslərini tam şəkildə bəyan edə bilməzsən.

6. Nə zaman sual versəm, ona cavab ver ki, bu yolla özümə etimadım artar.

7. Məni olduğum kimi dərk et və mənə yardım et ki, dəyişə bilim.

8. Xəlvət və sükutuma hörmət bəslə.

9. Sənə dediyim sözlərin sirdaşı ol.

10. Qoy başqaları da hiss etsinlər ki, sən mənim qədrimi bilirsən.(Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə