Çərşənbə axşamı, 06 Avqust 2013 17:57

Prezidentliyə namizədlərdən seçkiyə kim hansı maliyyə ilə gedəcək?

Eldar Namazov: “Milli Şuranın potensialı əslində hər bir problemin həllinə və istənilən məqsədə çatmağa kifayət edir”

Elçin Manafov: “140 min imza atan insanların hər biri 1 manat versə, bunun özü 140 min manat deməkdir ki, bu da kifayət qədər böyük bir məbləğdir”

İqbal Ağazadə: “Maliyyə məsələsini üzvlərimiz hesabına həll edəcəyik” 

Ərəstun Oruclu: “Seçkilərdə öz maliyyə imkanlarımdan istifadə edəcəm və bunun üçün kifayət qədər resusrlarımız var.” 

Natiq Cəfərli: “REAL hərəkatı olaraq seçkilərdəki maliyyə məsələsini öz gücümüz və üzvlərimiz hesabına həll edəcəyik”

Bu il oktyabrın 9-da keçiriləcək AR-da prezident seçkilərində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Artıq bununla bağlı Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub. Lakin bu vaxtadək prezident seçkilərində namizədlərə təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Əgər namizəd müəyyən olunmuş səs faizini yığa bilmirdisə, o həmin vəsaiti Mərkəzi Seçki Komissiyasına geri qaytarmalı idi. 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqlənib. Bəs belə bir şəraitdə prezidentliyə namizədliyini verən şəxslər və onlar təmsil etdiyi siyasi təşkilatlar təşviqat və təbliğat kampaniyası üçün maliyyə məsələsini hansı formada həll edəcəklər? FaktXeber.com olaraq məsələyə aydınlıq gətirmək üçün prezidentliyə namizədliyini irəli sürən siyasi qurumlar və partiyalarla əlaqə yaratdıq. 

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov bildirdi ki, təmsil etdiyi quruma ölkənin aparıcı partiyaları, siyasi və gənclər təşkilatları daxildir. BU cür böyük demokratik potensialın ilk dəfə olaraq bir araya gəldiyini qeyd edən Eldar bəy, “əslinə qalsa bu potensial hər bir problemin həllinə və istənilən məqsədə çatmağa kifayət edir. O cümlədən də maliyyə məsələsi üçün bu amil kifayətdir”, - deyə bildirdi.

AİP-in sədr əvəzi Elçin Manafov isə hazırda AİP lideri Mövsüm Səmədovun namizədliyi üçün 140 min nəfərlik imza toplandığını bildirdi: “ Bu isə Mövsüm Səmədovun namizədliyinin əslində xalq tərəfindən istənilməsi deməkdir. Yəqin ki, Mövsüm Səmədovu prezident görmək istəyənlər ona maddi dəstək də ola biləcəklər. Necə ki, indiyə qədər partiyamızın büdcəsi bu cür ianələrlə formalaşıb. 140 min imza atan insanların hər biri 1 manat versə, bunun özü 140 min manat deməkdir ki, bu da kifayət qədər böyük bir məbləğdir.” 

Ümid Partiyasının sədri və prezidentliyə namizəd İqbal Ağazadə isə maliyyə məsələsini üzvləri hesabına həll edəcəklərini söylədi.  

MSK-nin formal bir qurum olduğunu bildirən A13 Hərəkatının prezidentliyə namizədi Ərəstun Oruclu, sözügedən qərarların hamısının iqtidar səviyyəsində hazırlandığı söylədi: “Hakimiyyət bu cür fəaliyyətləri ilə prezident seçkilərini öz istədiyi nəticə ilə ortalığa qoymağa çalışır. Belə bir vəziyyətdə alternativ yollara əl atmaq məcburiyyətində qalacağıq. Müxalif siyasi partiya və ya təşkilatın namizədinə dəstək verə biləcək istənilən iş adamı sığortalanmayıb. Heç kəs deyə bilməz ki, sabah həmin iş adamı şərlənərək həbs edilməyəcək. Deyilən amilləri nəzər alaraq seçkilərdə öz maliyyə imkanlarımdan istifadə edəcəm və bunun üçün kifayət qədər imkanlarımız var.” 

REAL Hərəkatının İcra Katibi Natiq Cəfərli isə dövlət tərəfindən maliyyə yardımının ayrılmasının həmişə əleyhinə olduqlarını söylədi: “Namizədlər əslində öz seçiciləri tərəfindən maliyyələşdirilməlidir və bunun üçün münbit şəraitin yaradılmasına ehtiyac var. Azərbaycandakı vəziyyət isə insanlara dəstəklədikləri və ya səs verəcəkləri şəxslərə maliyyən yardım etməyə imkan vermir. Ona görə də REAL hərəkatı olaraq seçkilərdəki maliyyə məsələsini öz gücümüz və üzvlərimiz hesabına həll edəcəyik.”

777

Eldar Namazov: “Milli Şuranın potensialı əslində hər bir problemin həllinə və istənilən məqsədə çatmağa kifayət edir”

Elçin Manafov: “140 min imza atan insanların hər biri 1 manat versə, bunun özü 140 min manat deməkdir ki, bu da kifayət qədər böyük bir məbləğdir”

İqbal Ağazadə: “Maliyyə məsələsini üzvlərimiz hesabına həll edəcəyik” 

Ərəstun Oruclu: “Seçkilərdə öz maliyyə imkanlarımdan istifadə edəcəm və bunun üçün kifayət qədər resusrlarımız var.” 

Natiq Cəfərli: “REAL hərəkatı olaraq seçkilərdəki maliyyə məsələsini öz gücümüz və üzvlərimiz hesabına həll edəcəyik”

Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Artıq bununla bağlı Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub. Lakin bu vaxtadək prezident seçkilərində namizədlərə təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Əgər namizəd müəyyən olunmuş səs faizini yığa bilmirdisə, o həmin vəsaiti Mərkəzi Seçki Komissiyasına geri qaytarmalı idi. 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqlənib. Bəs belə bir şəraitdə prezidentliyə namizədliyini verən şəxslər və onlar təmsil etdiyi siyasi təşkilatlar təşviqat və təbliğat kampaniyası üçün maliyyə məsələsini hansı formada həll edəcəklər? FaktXeber.com olaraq məsələyə aydınlıq gətirmək üçün prezidentliyə namizədliyini irəli sürən siyasi qurumlar və partiyalarla əlaqə yaratdıq. 

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov bildirdi ki, təmsil etdiyi quruma ölkənin aparıcı partiyaları, siyasi və gənclər təşkilatları daxildir. BU cür böyük demokratik potensialın ilk dəfə olaraq bir araya gəldiyini qeyd edən Eldar bəy, “əslinə qalsa bu potensial hər bir problemin həllinə və istənilən məqsədə çatmağa kifayət edir. O cümlədən də maliyyə məsələsi üçün bu amil kifayətdir”, - deyə bildirdi.

AİP-in sədr əvəzi Elçin Manafov isə hazırda AİP lideri Mövsüm Səmədovun namizədliyi üçün 140 min nəfərlik imza toplandığını bildirdi: “ Bu isə Mövsüm Səmədovun namizədliyinin əslində xalq tərəfindən istənilməsi deməkdir. Yəqin ki, Mövsüm Səmədovu prezident görmək istəyənlər ona maddi dəstək də ola biləcəklər. Necə ki, indiyə qədər partiyamızın büdcəsi bu cür ianələrlə formalaşıb. 140 min imza atan insanların hər biri 1 manat versə, bunun özü 140 min manat deməkdir ki, bu da kifayət qədər böyük bir məbləğdir.” 

Ümid Partiyasının sədri və prezidentliyə namizəd İqbal Ağazadə isə maliyyə məsələsini üzvləri hesabına həll edəcəklərini söylədi.  

MSK-nin formal bir qurum olduğunu bildirən A13 Hərəkatının prezidentliyə namizədi Ərəstun Oruclu, sözügedən qərarların hamısının iqtidar səviyyəsində hazırlandığı söylədi: “Hakimiyyət bu cür fəaliyyətləri ilə prezident seçkilərini öz istədiyi nəticə ilə ortalığa qoymağa çalışır. Belə bir vəziyyətdə alternativ yollara əl atmaq məcburiyyətində qalacağıq. Müxalif siyasi partiya və ya təşkilatın namizədinə dəstək verə biləcək istənilən iş adamı sığortalanmayıb. Heç kəs deyə bilməz ki, sabah həmin iş adamı şərlənərək həbs edilməyəcək. Deyilən amilləri nəzər alaraq seçkilərdə öz maliyyə imkanlarımdan istifadə edəcəm və bunun üçün kifayət qədər imkanlarımız var.” 

REAL Hərəkatının İcra Katibi Natiq Cəfərli isə dövlət tərəfindən maliyyə yardımının ayrılmasının həmişə əleyhinə olduqlarını söylədi: “Namizədlər əslində öz seçiciləri tərəfindən maliyyələşdirilməlidir və bunun üçün münbit şəraitin yaradılmasına ehtiyac var. Azərbaycandakı vəziyyət isə insanlara dəstəklədikləri və ya səs verəcəkləri şəxslərə maliyyən yardım etməyə imkan vermir. Ona görə də REAL hərəkatı olaraq seçkilərdəki maliyyə məsələsini öz gücümüz və üzvlərimiz hesabına həll edəcəyik.”

http://faktxeber.com/prezidentliy-namizdlrdn-sekiy-kim-hans-maliyy-il-gedck-_h430762.html

Şərh yaz

Məxfi kod
Yenilə