Çərşənbə axşamı, 06 Avqust 2013 17:09

Sepah həm hərbi, həm də quruculuq qüvvəsidir

Sepah  həm hərbi, həm də quruculuq qüvvəsidir

İslam İnqilabı Keşikçiləri Korpusu(Sepah) region və dünyada son dərəcə mühüm hərbi bir qüvvə kimi hesab olunmaqdan əlavə, İranda iri sənaye və abadlıq layihələrinin icrasında da diqqətəlayiq rola malikdir. Sepah-ın Cənubi Parsda tamamilə iranlı olan ilk qazayırma zavodunun işə salınmasındakı rolu bu qəbildəndir.


İslam İnqilabı Keşikçiləri Korpusunun Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahı daxili imkanlardan bəhrələnmək və mühəndislik qrupları təşkil etməklə tamamilə iranlı olan ilk qazayırma zavodunun konstruksiyası və düzəldilməsində əvəzolunmaz bir rol oynayıbdır.
Bu həyati layihə günəş təqvimi ilə 1385-ci ilin ikinci yarısında Cənubi Pars Neft və Qaz Şirkəti tərəfindən Sepah-ın Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahına tapşırıldı.
Fars xəbər agentliyinin məlumatına görə, Sepah-ın Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahı daxili imkanlardan bəhrələnmək və FEED mühəndislik tədqiqat qrupları təşkil etməklə ilk dəfə yerli mütəxəssislər tərəfindən qazayırma zavodunun konstruksiya edilməsini həyata keçirdi.
Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahının komandanı- Sərkərdə Abdullahi deyir: Bütövlükdə 92 milyondan yuxarı nəfər-iş saatı işlənməklə həyata keçirilən Cənubi Pars qaz yatağının 15 və 16-cı blokları üzrə layihənin birinci bloku istifadəyə verilib və bu, ölkənin ən modern qazayırma zavodlarından hesab edilir.
Bu layihənin mütaliədən tutmuş işə salınmayadək olan bütün mərhələləri(sıfırdan yüzədək) daxili imkan və Sepah-ın Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahı mütəxəssislərinin texniki-ixtisas qabiliyyətlərindən bəhrələnməklə həyata keçirilibdir.
Cənubi Pars qaz yatağının qazayırma zavodunun 15 və 16-cı bloklarının istifadəyə verilməsi göstərdi ki, İranın yerli mütəxəssisləri allaha iman və milli etimad əsasında sanksiyalar səddindən keçərək, qazayırma zavodunun düzəldilməsi sahəsində iddiaçı oln qərb ölkələrinin inhisarını sındırmağa müvəffəq oldular.
Məhz bu qazayırma zavodunun açılışından sonra Sepah-ın baş komandanı- general-leytenant Cəfəri Xatəm-ül-ənbiya(s) Qərargahının Cənubi Pars yatağınının qazayırma zavodunun 15 və 16-cı bloklarının işə salınması üzrə cihadi və iftixarlı addımını yüksək dəyərləndirdi. O, bu layihənin işə salınmasının ölkənin neft sənayesi tarixində parlaq dönüş nöqtəsi olmasına işarə edərək, Xatəm-ül-ənbiya(s) Quruculuq Qərargahının ölkənin quruculuğu sahələrindəki səylərini İran xalqının müxtəlif sənaye sahələrindəki sərt və çətin səhnələrdə xətt və dalan sındırmaq üzrə inqilabi və yerli bir potensialı adlandırıb.
Bu layihənin istifadəyə verilməsi göstərdi ki, İslam İnqilabı Keşikçiləri Korpusu(Sepah) İslam İnqilabının qorunması sahəsində özünün həssas vəzifəsinə uyğun olaraq, ona verilmiş tapşırıq və vəzifələr istiqamətində daim ölkənin ehtiyaclarına cavab verməyə və İran quruluşu və xalqının başıuca həyatı qarşısında duran problemlərin aradan qaldırılmasına və bəsici formasında əsas bilik, cihadi hərəkət və münasibətlə meydana girməyə və düşmənin İrana qarşı zalımcasına sanksiyalarının kulminasiya nöqtəsində bu mühüm iqtisadi layihəni həyata keçirməyə hazırdır. Səhər TV

Şərh yaz


Məxfi kod
Yenilə