Bazar, 28 iyul 2013 00:27

İmam Əlinin(ə) zərbətlənməsi günü(Şeir)

İmam Əlinin(ə) zərbətlənməsi günü(Şeir)

Ağlayır cin o mələk səhlidi insan bu gecə
Yıxdılar Haqqın evin yatmayın asan bu gecə

Ağlayır cin o mələk səhlidi insan bu gecə
Yıxdılar Haqqın evin yatmayın asan bu gecə
Mələkutilər edir nalə vo əfqan bu gecə
Cənnətə çəkdi qara xətme rəsulan bu gecə

Cəbrayıl növhə deyib əhli səma ağlaşdı
Nəhrlər qütilə Əlinin səsini saxlaşdı
Nəxllər baş-başa verdi hamısı  bağlaşdı
Kufə şəhrində əsir qorxulu tufan bu gecə

Kaş açılmazdı səhər zülmət olaydı əbədi
Vırməyəydi o zinazadə vəliyyi əhədi
Ucaləydi  genə mehrabidə  əl-həqq səmədi
Tərke-meharb eliyib natiq Quran bu gecə

Məscid o minbəri, mehrabə  baxırdı nigaran,
Mürtəzanın yolunu gözləyir  mehrabı hər an.
Müctəba gəldi namazı qıla iş oldu əyan,
Məscid o minbər o mehrabıdı  nalan bu gecə.

Atasızlar da baxıb hey qapıya ağlardı,
Nə qədər qəlbi daş olsaydı bu qəm dağlardı.
Balalar da atanın yarəsini bağlardı,
Çarəsiz dərdə düşüb Xosrove-xuban bu gecə.

Neçə ləhzə gözünü gahi açır huşa gəlir,
“Füztü Rəbbi” kəlməsi zümzümədə quşə gəlir.
Həsənin qəlbi yanır, xune Hüseyn cuşa gəlir,
Ayrılıqdır  nəzəri  yare-yetiman bu gecə.

Bəxtinin ulduzu hey gahi süzür gahi şaxır
Gözlərin Həzrət açır bir-bir uşaqlarə baxır.
Balalar xune cigər gözyaşı ruxsarə axır,
Beyti Mövladə olub gözyaşi ərzan bu gecə.

Hamısı dövrədə göz tikmiş ata gözlərinə,
İstiyirlər danışa can deyələr sözlərinə.
Əl duada, verir ümid olar özlərinə,
Səhərə çıxsa xətər rəf olar bu gecə.

Vəli zəhrin əsəri xun-rəgə çıxmışdı,
Ağamın gül ürəyin təngə salıb sıxmışdı.
Mülcəmin oğlu qərəz dinin evin yıxmışdı,
İstəyirdi dağıla payeye iman bu gecə.

Hamı ahəstə tökürdü üzünə göz yaşını,
Naibi Fatimə bağlırdu əliynin başını,
Sinəmə vurma diyirdi baba hicran daşını,
Ayrılıq fikrini at ey şəhi mərdan bu gecə.

Hamı dildən alışıb, həbs eləmişdi  nəfəsin,
Hamı dildə çağırırdı  həqq  fəryadresin,
Bir zaman gördülər  Zeynəb ucalandırdı səsin,
Dedi vay məzlum ata əyildi əfqan bu gecə.

Zeynəbin vay səsi titrətdi Hüseyn o  Həsəni,
Hamı ya Fatimə səsləndi bilib məsələni,
“Ata vay” naləsi qozandı səmaya ələni,
Şərəf öldü, qutarıb dəhridə vicdan bu gecə.

Pəxş olub göydə xəbər saneheye Heydərdən,
Ərşün əhli baş açıb endi yerə göylərdən,
Məhşərə bənzədi yer hadiseye əkbərdən,
Boyanıb yasə bütün aləme-əmkan bu gecə

Ənbiyalar cəm olub Həzrəte Taha başına,
Səpdilər xake əza Məryəm o Sara başına,
Saldılar bir qərə məcərdə ki, Zəhra başına,
Qurdular bəzme buka məcməye huran bu gecə.

Göz yaşı vermir aman, eylə kömək ya Mövla,
Aşiqəm, eşqidə yox doz və kələk ya Mövla,
Yox əyarım ağacan, vurma məhək ya Mövla,
Sailəm, dər gəhvə ba dele suzan bu gecə.

Sən o şahsan ki, qatilinə lütfün olub,
Sən o şahsan bu gecə Zeynəbinin rəngi solub,
Məclisi matəminə şiələrin gör nə dolub,
Dərdimiz var nəzər eylə sənə qurban bu gecə.

Şərh yaz


Məxfi kod
Yenilə