Bazar ertəsi, 22 iyul 2013 19:59

İnsan hansı yaşda xoşbəxt olur?

İnsan hansı yaşda xoşbəxt olur?

İnsan hansı yaşda xoşbəxt olur? FaktXəbər-in verdiyi məlumata görə, London iqtisadi məktəbi yanında  iqtisadi araşdırmalar mərkəzinin  nümayəndələri bu sualı cavablandırıblar. Onlar  17-85 yaş arası 23 min insanı araşdırdıqdan sonra  belə nəticəyə gəliblər ki, böyüməyə başlayanlar və artıq uzun illərdir ki, təqaüddə olanlar özlərini xoşbəxt hiss edirlər.

Dərc olunan hesabatda bildirilir ki, əsasən 23 və 69 yaşında olan insanlar özlərini xoşbəxt hiss edirlər. Bu onunla izah olunur ki, 20 yaşı yenicə adlayan gənclər tam gücə və ümidə sahibdirlər. Çünki bu yaşda mənfi təcrübədən yararlananlar demək olar ki, çox azdır. Təqaüdçü yaşı ilə barışanlar da keçmişlə təəssüflənməməyi öyrənərək, əvvəlki illərdəki əmək fəaliyyətinin meyvələrindən qidalanırlar.

Tədqiqatın müəllifi professor Hannes Şvandt keçid dövrünü yaşayan insanların isə özlərini daha az xoşbəxt hiss elədiklərini deyib: «Bu, gəncliyinin artıq geridə qaldığı ilə barışmayan təqribən 50 yaşlarında insanlardır. Həmçinin 30 yaşlarını keçənlər də özlərini daha az xoşbəxt hiss edirlər».

Alimlər belə insanlara hər hansı bir arzu və ümidləri həyata keçməyibsə bundan narahat olmamağı məsləhət görürlər: «Çünki hər kəs həyatdan hər şeyi ala bilmir.  Həmçinin gənclərə yaşlılıq dövründə müəyyən çətinliklə üzləşəcəklərini unutmamalıdırlar».

Hannes Şvand müharibə, yaxud böhranlı dövrlərdə dünyaya gələn insanların sülh vaxtı doğulanlara nisbətən daha az xoşbəxt hiss etdiyini bildirib: «Bununla belə, xoşbəxtlik faktoru əsasən yaşdan deyil, işdə və ailədə olan uğurlardan asılıdır».

Şərh yaz


Məxfi kod
Yenilə