Şənbə, 22 June 2013 23:17

İMAM HÜSEYN(Ə) VƏ İMAM ZAMAN(Ə) ARASINDA OXŞAR CƏHƏTLƏR

İMAM HÜSEYN(Ə) VƏ İMAM ZAMAN(Ə) ARASINDA OXŞAR CƏHƏTLƏR

Məsum imamlar arasında Həzrət Əba Əbdillahil Hüseyn (ə) ilə Əba Salehul- Mehdi(ə.f)-in bir sıra vahid və müştərək xüsusiyyətləri vardır ki,həddindən artıq diqqətəlayiq və cəlbedicidir.İndiyə kimi bir çox alim və təhqiqatçılar bu mövzu ətrafında araşdırmalar aparmış və öz fikirlərini söyləmiş və hal-hazırda da söyləməkdədirlər.”İki dərya, iki təlatüm və bir sahil” misalı bu mövzuya bariz nümunədir ki, iki imam və eyni hədəfli iki qiyam mənasında çözülmüşdür.İmamətin elm,ismət və vilayətdə bənzərliyi və İmam Hüseyn(ə)-in Həzrət Mehdi(ə) ilə oxşar xüsusiyyətləri sadalanmışdır.
İmam Hüseyn(ə) və İmam Mehdinin(ə.f) adı Quranda
“Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə( və ya varisinə qatil barəsində) bir ixtiyar verdik.” (İsra,33)
İmam Baqir(ə) bu mübarək ayənin təfsirində buyurur: “Ayədəki “qətlə
yetirilən”dən məqsəd, İmam Hüseyn(ə) və onun rəhbər və gözətçisindən məqsəd Həzrət Qaimdir(ə)-dir.
Qarşılıqli dua və ziyarətlər
Bu iki imamın müştərək xüsusiyyətlərindən biri də, onların öz dua və ziyarətlərində bir-birinin adlarını xatırlatmalıdır.Aşura ziyarətində İmam Mehdinin(ə) adı iki dəfə zikr olunub:
“Ən yərzuqəni taləbə sarikə məə imamə Mənsur... məə imamə Mehdi...” və Nudbə duasında həmçinin, İmam Hüseynin(ə) adı xatırlanmışdır:
“Əynəl Həsən əynəl Huseyn əynə əbnəl Huseyn... əynəl taləbə bidəməl məqtul biKərbəla “
Mövludda xatırlanma
Şaban ayının 3-ü İmam Hüseynin(ə) mübarək mövlud günü,İmam Zaman(ə) xatırlanır.İmam Həsən Əsgəri(ə) buyurur: “İmam Hüseynin(ə) mövludu günü bu duanı oxuyun”:
“Allahummə əsəlukə bihəqqil movlud... vala və siya min itrətə bəədə Qaiməhum və ğeybə “ (Məfatihul-Cinan)
Şaban ayının 15-i, Həzrət Höccət ibnil Həsən(ə) mübarək mövludu gününün gecəsi və gündüzü, İmam Hüseynin(ə) ziyarətini oxumağ həddindən artıq təkid olunmuşdur və həmin günün gecəsi Həzrət Seyyidüş- Şühədanın(ə) ziyarət gecəsi adı ilə məşhurdur.
Qiyamda xatırlanma
Aşura günü İmam Hüseyn(ə) şəhadətə çatan zaman,göylərin və yerin mələkləri fəryad qopardılar... və Allah- təala Həzrət Qaiməl- Muhəmmədi(s) nişan verməklə onları sakitləşdirdi və buyurdu: “Bu Qaim vasitəsilə öldürülənin intiqamını alacağam.” Həzrət Mehdi(ə) zühur edən zaman Kəbə evi ətrafında cəddi Əba Əbdillahil Hüseynin(ə) rövzəsini oxuyacaq və buyuracaq: “Ey camaat! Agah olun ki,cəddim Hüseyni (ə) susuz şəhid etdilər.”
Ümumi hədəf
İmam Hüseyn(ə) öz qiyamından hədəfi, İslam cameəsini islahetmə kimi qiymətləndirir. Və o cümlədən Həzrət Mehdinin(ə) qiyamı da cəddi Həzrət Məhəmmədin(s) ümmətinin islahına xidmət edəcək.Allah-təala bu ümməti yolunu azandan sonra Həzrət Mehdinin(ə) əliylə islah edəcək.
Qiyamda müştərək xüsusiyyətlər
İmam Sadiq(ə) buyurur: Hər vaxt Əhli-beytdə(ə) üç mübarək ad ardıcıl gələrsə onların dördüncüsü qiyam edəcək, və bu üç ad Məhəmməd(ə), Əli və Həsəndir(ə) və adların bu ardıcıllığı Əhli-beytdə 2 dəfə təkrar olunub.Birinci dəfədə Rəsuli- Əkrəm(s),Əmirəl -möminin(ə) və İmam Həsənin(ə) adlarıdır ki, qiyam İmam Hüseynin(ə) öhdəsinə düşdü və ikinci dəfə Məhəmməd ibni Əliyyəl-Cavad(ə), Əliyyibni Məhəmməd Təqi(ə) və Həsən ibni Əliyyəl Əskərinin(ə) adlarıdır və onların dördüncüsü olan Həzrət Mehdi(ə) qiyam edəcək.

 

Şərh yaz


Məxfi kod
Yenilə