Cümə axşamı, 23 May 2013 20:21

Hacı Şeyx Mehdi Taha

Hacı Şeyx Mehdi Taha

Hacı Şeyx Mehdi Taha Nəcəf 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Hacı Şeyx Mehdi əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur. O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. 

Taha Nəcəf, Nəcəfi-Əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O, ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına gəlirlər. Bu işi etmək üçün onun həyat yoldaşını vasitə edir və ondan istəyirlər ki, bir dəfə ağanın dəstəmaz alması üçün ayrılmış qabı doldurmasın. Bəlkə, həmişə bu qabı dolu görən arif bu dəfə boş gördükdə əsəbləşə!

 

Xanım da qabı doldurmamaqdan əlavə, quyunun ipini də vedrədən açır, qabı və vedrəni həyətin bir küncünə atır. Ağa dəstəmaz almaq üçün mütaliə otağından çölə çıxır, amma dəstəmaz alması üçün həmin qabı tapa bilmir. Həyat yoldaşından soruşduqda, ondan bu cavabı eşidir: "Mən sizin dəstəmaz qabınızın zamini deyiləm". 

Ağa birtəhər həmin qabı tapır, onu doldurmaq üçün quyu başına gəlir, amma ipin və vedrəninin də olmadığını görür. Nəhayət, ip və vedrəni də axtarıb tapır. Vedrəni ipə bağlayıb quyuya atır. Suyu yuxarı çəkdikdə özünü saxlaya bilməyib, bərk ağlamağa başlayır. 

Uzaqdan arifin hərəkətlərini izləyən xanım, onun ağlamağına dözə bilmir və gəlib vedrəni özü quyudan çəkib çıxarır. Xanım elə bilir ki, həyat yoldaşı ondan intiqam ala bilmədiyi üçün əsəbindən ağlayır. İmtahanın nəticə verməsini güman edib, sevinən qadın, həyat yoldaşından soruşur: "Nə üçün ağlayırdın?". Arif onun cavabında deyir: "Bu vaxta qədər dəstəmaz almqdan ötrü bir qabın doldrulması üçün bu qədər müqəddimə lazım olduğunu bilməmişəm. Mən bu məsələdən qafil olduğumdan indiyə kimi sənə zülm etmişəm. İndi də ağlayıram ki, Allahın qarşısında sənə etdiyim bu qədər zülmün cavabını necə verəcəyəm".   

Zemfira Kazımlı İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası 

Şərh yaz


Məxfi kod
Yenilə