Bazar ertəsi, 20 May 2013 20:40

İmam Cavad (ə)dan gövhərsaçan kəlamlar

İmam Cavad (ə)dan gövhərsaçan kəlamlar

Rəcəb ayının 10-cu günü - İmam Cavad ələyhis-salamın təvəllüdü münasibəti ilə öndə İmam-Zaman (əc) olmaqla bütün həqiqət aşiqlərinə gözaydınlığı veririk! Bu münasibətlə, o həzrətin buyurduğu gövhərsaçan hədislərdən bir qismini əziz bacı və qardaşlarımıza təqdim edirik:

 

 

Həzrət Məhəmməd Təqi ələyhis-salam buyurub:

Səbri yastıq et, yoxsulluğu qucaqla, şəhvətləri at uzağa, həvayi-nəsfə qarşı çıx! Bil ki, Allahın gözü qarşısındasan. Elə isə bax gör necəsən?!

Üç şey var ki, hər kəs ona riayət etsə peşiman olmaz;

 

1.Tələsməkdən çəkinmək
2. Məsləhət etmək
3. Qərara gələn zaman Allaha təvəkkül etmək

Can və malımız Allahın xoş bəxşişləri və Onun tapşırdığı borcudur. Ondan istifadə etsək sevincə səbəb olar. Onların (geri) alınması, əcr və savabdır. Elə isə hər kəsin qərarsızlığı onu səbrinə qalib olsa, əcri zay olar və ondan Allaha pənah!

Bir işlə üzləşən şəxs onu xoşlamasa, elə bil ki, orada qaib kimidir. Hər kəs bir işi etməsə lakin onunla razılaşsa orada hazır kimidir.

Üç şey var ki, adamı Allahın rizvanına çatdırır;
1. İstiğfarın çoxluğu
2. Yumşaqxasiyyətlilik
3. Çoxlu sədəqə vermək

Şər və bədcins adamla rəfiq olmaqan çəkin! O, üryan qılınc kimidir. Görünüşü yaxşı təsiri pisdir.

 

Tövbəni təxirə salmaq aldanmaqdır.

 

Həmişə işləri təxirə salmaq avaralıqdır.

 

Ürəkləri Allaha tərəf yönətmək, (bədən) üzvlərini zəhmətə salmaqdan daha tez qovuşdurucudur.

 

Günahlara israr etmək Allahın məkrindən asudə olmaqdır. Ziyankarlardan başqası Allahın məkrindən asudə olmaz.

 

İnsan şükür etməyi kəsməyincə nemətin çoxalması Allah tərəfindən kəsilməz!

 

Bir şeyi möhkəmlənmədən izhar etmək, onun puç olmasıdır.

 

Möminin, Allahın  onu müvəffəqiyyətə nail etməsinə, öz tərəfindən nəsihətə və nəsihəti qəbul etməyə ehtiyacı var.

 

Cahillərin çoxluğuna görə alimlər qəribdir.


Şərh yaz


Məxfi kod
Yenilə