Cümə, 08 Fevral 2013 23:21

Olmayacaq, alınmayacaq cənablar! ‎Sındıra bilməyəcəksiniz

Olmayacaq, alınmayacaq cənablar! ‎Sındıra bilməyəcəksiniz

Zülmün düz gözünün içinə baxıb haqqı zalımların üzünə deyən mübariz ruhani hacı Abgül Süleymanovun Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra birbaşa "karsa" salınması xəbərini eşidəndə təəccüblənmədim. Çünki zalım haqqı eşitməmək üçün haqqdan uzaq olmağa çalışar. Odur ki, hacı Abgüldən qorxub onu "karsa" salıblar desək heç də yanılmarıq. Mübariz ruhanilərimizin müxtəlif gülünc bəhanələrlə həbs edilərək türmədə "sındırılmasına" çalışanlar yanılırlar. Axı hacı Abgül "bizim üçün zindan məğlubiyyət deyil" deyir. Belə bir insanı zindanda məğlub etmək istəyi faydasızdır. İstəyir 100 gün "kars" olsun, təkadamlıq kamera olsun fərqi yoxdur. Onsuz da mömün üçün dünyanın özü zindandır. Zindan isə azadlıqdır. Hacı Abgülə qarşı nələr edilmədi? Kobudcasına evinə hücum edilmədimi? Bir vaxtlar "haramdır narkotiki gətirib salırlar bu cavanların canına" dediyi halda "narkotacir ittihamı" verilmədimi? 12 il həbsə məruz qalmadımı? bütün bunlardan ürəyi soyumayanlar indi də onu "karsa" salmaqlamı acıqlarını almaq istəyirlər?

Hacı Abgül nə deyirdi axı? Qız-gəlinin namusunu müdafiə etməkdən başqa. Haqqı olduğu kimi, sözü birbaşa deməkdən başqa. Deməli düz söz nahaqları yamanca incidib. Odur ki, bu qədər elədikləri yetməmiş kimi indi də belə ucuz vasitələrə əl atırlar. Olmayacaq, alınmayacaq cənablar! Nə etsəniz də faydasızdır. İstəyisiz dünyada ən pis işgəncəni verin sındıra bilməyəcəksiniz hacı Abgülü. Hacı Abgül adının ətrafında bu gün birləşən dəmir çəpəri heç bir silahla aşa bilməyəcəksiniz. Çünki bu Haqqan qaynaqlanan bir çeşmədir. Bu çeşmənin suyunu qurutmaq istəyi ola bilər, amma mənbəyi əbədi olan bir qaynağa bağlı olduğu üçün qurudulması qeyri-mümkündür.

P.S. Bu yolda məğlubiyyət yoxdu, olsa-olsa ancaq şəhadət var.

Əli Cəfəri

Şərh yaz


Məxfi kod
Yenilə