Çərşənbə axşamı, 11 iyul 2017 17:59

Torpağımız qan yox, gül qoxsun, Zəhra qoxsun...

Torpağımız qan yox, gül qoxsun, Zəhra qoxsun...

Ermənistan bir daha təstiqlədi ki, onlar terorsever bir millətdir. Ermənistaın bu əməlləri bizim üçün şok effekti yaratmır. Çünki keçən əsrin sonlarından başlayan təcavüzkar və dələduz siyasətin nəticəsi olaraq, qaniçən düşmənimiz torpağımızın iyirmi faizinə sahib çıxdı. Qarabağ müharibəsi heçdə dünyadabaş verən müharibər kimi deyildi. Bu müharibədə erməni qəsbkarları silahlarını əliyalın xalqımıza tutmuşdular. Bir sözlə ermənistan dünya önündə Azərbaycan xalqına, millətinə divan tutdu. Neçə-neçə körpəmiz, anamız və bacımız şəhid, itkin və əsir düşdü. Bir milyondan çox Qarabağ sakini evlərindən, isti ocaqlarından didərgin düşdü. Dünyanın gündəmində Qarabağ faciəsi gündəmdən düşmədi. Eyni zamanda Azərbaycanın xarici siyasətində bu məsələ daim geniş yer aldı və almaqda davam edir. Ermənistan Respublikası torpağımızla, Qarabağımızla yetinmir, cəhbə yani ərazilərdə daim atəşkəs rejimini kobud şəkildə pozur, torpaq iddialarını davam etdirir. Azərbaycan milləti hər açılan sabahda bunu eşidir: “Düşmən ilə yaxın olan mövqelərimizdə Ermənistan qoşunları atəşkəs rejimi pozub, düşmən cavab atəşi ilə susdurulub itki yoxdur və şəhid verdik, Vətən sağ olsun” Ən son gələn xəbər bir başqa idi. Bu xəbəri biz 1992-ci ilin 26 Fevralında Xocalıda görmüşdük. Bu hadisədə sadəcə tarix dəyişmişdi. Kadırlar eyni olaraq qalırdı. Yenə körpənin parçalanmış bədəni yenə göz yaşı. Balaca körpənin qətli dünya tərəfindən qəbuledilməz bir hadisə idi. Həyatının ilk mərhələsində, yenicə ayaq tutub, gəzən uşaq belə bir ölümə məhkum ola bilməz. Yaşlı bir anamız belə vəhşiliyə qurban gedə bilməz. İnsan haqları bu hadisə qarşısında susmamalıdır. Ermənistan Respublikası prezidenti başda olmaqla, bütün hökmət qurumları bu faciə ilə bağlı qanun qarşısında cavab verməlidir. Terorçu bir rejim ancaq teror edə bilər, müharibə apara bilməz. Ermənistan bunu açıq şəkildə dünyaya bir daha nümayiş etdirdi. Ermənistan bununlada yetinmir cəhbəboyu rayonlarımıza, mülki əhaliyə, onların təsərrüfatına ciddi şəkildə ziyan vurur. Ləyaqətini, şərəfini itirmiş düşmənimiz bir başa silahını insanlığa doğruldur, insanlığa atəş açır. Ermənistanın avropanın, dünyanın heçbir beynəlxalq qanunvericiliyinə tabe olmur, qəbul olunan heç bir qətnaməyə riayət etmir və bu əməllərini bu gününmüzə qədər davam etdirir. Nədənsə dünya hələdə susur. Sözüm Azərbaycan gəncliyinədir. İgid oğullar, Igid qızlar yurdu olan Azərbaycan gəncliyi. Vətənimizin hər daşına hər qarışına sahib çıxaq. Qoy dünyada bizim səsimiz əksik olmasın. Azərbaycan şüarı, bayrağı və himni daim səslənsin. Qarabağ eşqimiz zərrə qədər tükənməsin. Bunun üçün biz yenidən bir araya gələk vətən torpağımıza yeindən birlik toxumlarını səpək. Azərbaycan ordusauna daim güvənək əsəgrələrimizə, zabitlərimizə arxa dayaq olaq. Nə edirik vətənimizin torpağımızın suverenliyi üçün edək. Oxuyaq, təhsil qazanaq, dünyaya açılaq haqlarımızı bir başa haqqımızı taptalayandan tələb edək. Örgütlənək daim birlik olaq. Bir yumruq altında birləşək. O zaman susmuş dünya ayılacaq bizdə dünya ilə birlikdə yatsaq bu vətən torpağı bizə haram olar. Biz daim güclüyük daimdə güclü olacağıq. Səsim bütün gəncliyin səsi olsun. Məqsədimiz balaca zəhralar üzülməsin daim xoşbəxt olsun deyə olsun. Körpə fidanlarımız daim başı uca olsun deyə səylə çalışaq. Vətən bizi səsləyir Azərbaycan gəncliyi.

 

Elməddin Mirzəyev,Təbriz Radiosu internet saytının oxucusu

Şərh yaz


Məxfi kod
Yenilə