Bazar, 04 Noyabr 2012 21:00

Nücum elmi haqqında

Nücum elmi haqqında

“Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.” (“Loğman” 34).

Bugünümüzdə nücum elmi, yəni astronomiya elmi çox inkişaf etmişdir. Çox tez-tez bu elmin kəşfləri qulağımıza dəyir ki, bu da bizi çox təəcübləndirir. Bu gün bu elmdən çox yerlərdə istifadə edilir. Onun gətirdiyi faydaları görməməzliyə vurmaq olmaz. Ancaq İmam Əlinin (ə) bu elmə qarşı baxışı fərqli olduğu üçün bizi narahat edir.

Belə ki, Həzrət buyurur: “Ey insanlar! Nücum elmini öyrənməkdən çəkinin”. Bəs Həzrət (ə) niyə bu sözləri demişdir və məqsədi nə idi?

İmam (ə) xəvariclərlə döyüşə hərəkət etmək istəyirdi ki, dostlarından biri dedi: “Ey Əmirəl-möminin! Ondan qorxuram ki, əgər bu saatda hərəkət etsəniz, muradınıza çatmayasınız. Dediyim bu sözləri nücum elmindən istifadə edib deyirəm”. İmam (ə) cavabında buyurur: Ey insanlar! Munəccimlik elmini öyrənməkdən çəkinin. Ancaq dənizçilikdə və səhrada ona ehtiyac olan qədər. Belə ki, münəccimlik sizi qeybdən xəbər verməyə və qeybdən xəbər vermək isə cadugərliyə çəkər. Münəccim qeybdən xəbər verəndir və qeybdən xəbər verən isə cadugərdir. Cadugər kafirdir və kafir cəhənnəm atəşindədir”.

Niyə bu elmi öyrənmək haramdır?

Şeyx Ənsari bu haqda belə deyir: “Nücum elmi tamamilə haram deyildir, bəlkə o zaman haram olur ki, münəccim əhkamlarına əsasən qəti hökm verilər”.

Hədislərə əsasən nücum elmi o zaman haram olur ki, insanların gündəlik həyatına və taleyinə verdiyi xəbərlərlə təsir edər. İmam buyurur: “Münəccimlik vasitəsilə qeybdən xəbər vermək və ona etiqad bəsləməyi Quran qadağan edir”.

Allah Təala buyurur: “Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir”. (”Ənam” 59).

Nücum elminin faydalarından biri yolu tapmaqdır. Quran bu hadqa belə buyurur: “Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur”. (“Ənam” 97).

“Günəşi işıqlı və Ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (Yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır”. (“Yunus” 5).

Hədislərdə qibləni tapmaq və namaz vaxtını müəyyən etmək üçün ulduzlardan istifadə etməyi tövsiyə etmişdilər. Muhəmməd ibni Muslim deyir: “İmamın (ə) xidmətində dedim: Gecə səfərdə olanda qibləni necə təyin edim?” Cavabında buyurdu: “Cədd adında ulduz tanıyırsan?” Dedim: “Bəli”. Buyurdu: “Onu sağ tərəfində qərar ver və əgər həcc yolundasansa, onu kürəyinin ortasında qərar ver”.

Həzrət Əli (ə) elmi dörd yerə bölür: din üçün olan fiqh, bədən üçün oaln tibb, dil üçün olan nəhv və düzgün danışmaq qaydası, zamanı müəyyən etmək üçün nücum elmi.

Quran və nücum elmi.

Quranda elə ayələr vardır ki, səmada olanları bizə  tanıdır. “Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!” (“Qaf” 6).

“Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?” (“Ğaşiyə” 18).

“Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 22).

Beləliklə demək olar ki, İmam Əli (ə) nücum elmini tamamilə  haram bilməmişdir. Onun haram bildiyi şey bu elmdən necə istifadə etməkdir.

Nücum elminin insan taleyinə təsir edəcəyini düşünürlər, belə ki, münəccimlərin insanlar üçün gündəlik verdikləri xəbərlər onların həyat tərzinə mənfi təsir göstərir. Onları bədbin və ümidsiz edir. Bu kimi xəbərlər hətta insanları intihara qədər sürükləyir. Ancaq onu da qeyd etməliyik ki, əgər nücum elmindən düzgün istifadə edilərsə, səfərdə olan insanlara çox yardımı dəyər. (Tebyan saytına istinadən)

Şərh yaz


Məxfi kod
Yenilə