Çərşənbə axşamı, 09 Oktyabr 2012 20:20

İnsanı hərəkət etdirən mühərrik

: Hər bir işi başlamamışdan qabaq insanda güc və qüvvə olmalıdır. Bəs bizi hərəkətə gətirən nədir? O şey ki, bizi hərəkətə gətirir, iradə deyildir, iradənin özünün də mühərrikə ehtiyacı vardır. Onun adı stimuldur. Stimul bizim üçün şərait yaradır.

Biz hədəfimizə çatmaq üçün stimulun köməyi ilə var gücümüzlə hərəkət edərik. Bu yolda əgər çətinliklə üzləşəriksə, bu, stimuldur ki, bizi yolumuzu davam etdirməyə həvəsləndirər.

Bu qüvvə heç də həmişə eyni səviyyədə olmur. Ola bilsin ki, zəifləsin və bəzən də yox olsun. İnsanın batareyasının daima dolu olması üçün onu güclü enerji ilə qüvvətləndirmək lazımdır. Quran bunun üçün bizə bir neçə yolu tövsiyə etmişdir.

1. Stimulu həvəsləndirmə yolu ilə əldə etmək. İnsan müəyən hədəflərinə çatmaq üçün güclü stimula malik olarsa, hədəfə çatmağı asan və rahat olar. Belə ki, insan hədəfinə çatmaq üçün ümidsiz olarsa, nigarançılıq ona əziyyət verər.

O ayələr ki, behişt nemətlərindən bəhs edir və müsəlmanlarda onlara çatmaq üçün stimul yaradır, onları təqvaya, ixlasa, ibadətə, saleh əmələ, cihada dəvət edir. Eyni bu cür cəhənnəm əzabından danışır və insanda ondan uzaqlaşmaq üçün stimul yaradır. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir. Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər”. (“Maidə” 9-10).

 

Deməli, təşviq və hədələmə yolu ilə insan rəftrarına təsir edib, onu istiqamətləndirmək olar.

 

Allah saleh əməl sahiblərinin xüsusiyyəti olaraq, bu iki sifəti tanıtmışdır. Allah buyurur: “Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər”. (“Ənbiya” 90).

 

2. Dastanların vasitəsilə təhrik olmaq. Quran dastanları insanlara nəsihət verir və onlardan ibrət almalı çox şeylər vardır. Bu dastanları oxuyan zaman insanda yaxşı əməllərə tərəf stimul yaranır və saleh əməllərə tərəf təhrik olunur. “Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir.” (“Yusif”, 111).

3. Mühüm hadisələrdən təsirlənmək. Stimulun yaranmasına səbəb olan amillərdən biri də insan vicdanını təhrik edən hadisələrdir. Bu hadisələr onun diqqətini cəlb edər və zehnini məşğul edər. İnsanların bir çoxu bu hadisələrdən nəticə çıxararlar. Quran bu cür hadisələrdən biri kimi Hüneyn döyüşünü göstərmişdir. ”Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi. Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!” (“Tövbə” 25-26).

Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, Allah heç bir halda ümidsizliyi qəbul etmir. Çünki hər bir halda stimul yaratmaq üçün yollar göstərmişdir. Ona görə də ümidsiz olmayaq və həyatda stimula malik olmağa çalışaq.

 

(Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə