Çərşənbə axşamı, 02 Oktyabr 2012 23:20

Məarif-Ölümü insan üçün rahat edən ‎əməl

Məarif-Ölümü insan üçün rahat edən ‎əməl

Bütün canlılar bir gün ölümü dadacaqlar. Ölüm haqqında düşünmək və ondan sonrakı məsələlər: qəbir, bərzəx aləmi, məhşər, hesablaşma, behişt və cəhənnəm insanın dünyaya baxışına və rəftarına təsir edir.
Axirətin ilk mənzili can verməkdir. Əgər insan həyatda yaxşı əməl sahibi olubsa, mələklər mehribancasına yastığının yanında hazır olarlar. Ruhunu qəbz edən zaman ona qarşı həlim olarlar. Əgər Əhli-beyt (ə) davamçısıdırsa, İmam Əli (ə) də can verən zaman yanında olar. Əgər bu insan iman və əxlaq cəhətdən yuxarı məqamda yerləşirsə, Məsumlar (ə) onun başının üzərinə yığışar. Ruhunu qəbz edəndən sonra yanlarına aparar. 
Allah yaxşı əməl sahiblərinin can verməsi haqqında buyurur: “O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər”. (“Nəhl” 32).
Hədislərdə oxuyuruq ki, bu cür insanlar can verən zaman sanki bir gülü iyləyirlər və bu cür dünyadan gedirlər.
Ancaq pis əməl sahibi olan insanların canını almaq istəyən mələk çox qəzəbli olar. Odlu şallaqla onun üzünə və bədəninə vurar. Hədislərdə bu cür insanların necə çətin can verdikləri haqqında çox oxumuşuq. Deyilənə görə onlar üçün can vermək o qədər çətindir ki, sanki bədənlərindəki bütün damarları çəkirlər. Pis əməl sahiblərinin can verməsi ona bənzəyir ki, tikanlı ağac bədənlərində gəzir və kök salır. Sonra da bu ağacı bədənindən çıxarırlar. Başqa yerdə oxuyuruq ki, onların can verməsi bir nəfərin yüksək bir yerdən aşağı düşməsini xatırladır.
Hədislərin birində oxuyuruq ki, bir gün Həzrət Peyğəmbər (s) məcsiddə əyləşmişdi və birdən dəhşətli bir səs eşidilir və hamı dəhşətə gəlir.
Həzrət buyurur: “Bilirsiniz bu nə səsdir?” Deyirlər: “Allah və Rəsulu (s) daha yaxşı bilir”. Həzrət (s) buyurur: “Bu, bir daşın səsidir ki, 70 il əvvəl cəhənnəm dərəsinə atılmışdı və indi cəhənnəmin dibinə çatmışdır. Bu səs onun cəhənnəmə çatmağını bildirən səsdir”. Həzrətin (s) sözü bitməmiş ona xəbər verdilər ki, münafiqlərdən biri öldü”. 
Rəhmətlik İmam (r) bu hədisi belə təfsir edir ki, bir nəfər dünyada 70 il cəhənnəm yolunu gedir və indi ki, ölür, cəhənnəmin dibinə çatır.
Quran pis insanların can verməsi haqqında buyurur: “(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100).
Həqiqi mömin gərək həmişə Qiyamət və qəbri düşünsün. O, həmişə düşünür ki, əgər ölümü gələrsə, dəyanət və imanı onunla olacaqdırmı?
Qasim ibni Əla Həmədani İmam Zaman ağanın (ə) Azərbaycandakı vəkili idi və onun uzun ömrü olmuşdur. Ömrünün axırında görmə qabiliyyətini itirir. Muhəmməd ibni Əhməd Səfvani deyir: “Davamlı olaraq, ona müqəddəs tərəfindən tofiq gələrdi. Bir müddət ona məktub gəlmir. Bir gün onu narahat və nigaran gördüm və o, düşünürdü ki, birdən İmam (ə.f) ondan narahat olar. Günarta onunla bir yerdə nahar yeyirdik, İmamın (ə.f.) qasidi gəlir və Həzrətin buyuruğunu ona çatdırır. Qasim çox sevinir, gözləri görmədiyi üçün məktubu katibinə verir ki, oxusun. Katib məktubu görən kimi ağlayır. Qasim soruşur: “Niyə ağlayırsan? Məgər məktubda nə yazılıb ki?” Katib deyir: “Həzrət yazıb ki, 40 gecə və gündüzdən sonra dünyadan gedəcəksən. İşlərini toparla”. Bu cümləni oxuyan zaman Qasim deyir: “Mən, dinim salamat halda dünyadan gedəcəyəm?” Katib deyir: “Bəli. Həzrət (ə.f.) buyurur ki, ölən zaman dinin sağlam olacaqdır”. Qasim gülür və deyir: “Bu uzun ömürdən sonra başqa arzum yoxdur”. 40 gün keçəndən sonra Qasim ibni Əla dünyadan gedir”.
Əgər kimsə ömrü boyu danışığında, rəftarında, əməlində Məsum İmamlara (ə) bənzəyərsə, ölüm zamanı da aqibəti xeyirli olar. Onlar mömin can verən zaman başına yığışar. Onu özləri ilə behiştə apararlar. 
İnsan can verəndən sonra növbə qəbir evinə gəlib çatır. Həzrət Peyğəmbər (s) buyurur: “Ölümü çox yada salın, çünki o bəndə ki, ölümü çoxlu yada salar, Allah qəlbini dirildər və ölümü onun üçün asan edər”. İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq nəfsdəki şəhvəti öldürər. Qəflət yaradan mərkəzləri məhv edər, qəlbi Allah vədələri ilə inkişaf etdirər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünyadakı ən üstün zahidlik - ölümü yada salmaqdır, ən üstün ibadət isə düşünmək və təfəkkürdür. O kəs ki, ölümü yada salmaqla yaxşılıqlarını artırar, qəbri (bərzəx aləmində) behişt bağlarından olar”.
Ölümü xatırlamaq nəfsin tərbiyəsində böyük rola malikdir. İnsan üçün çox faydalıdır. Ölümü yada salmaq insanın dünyaya baxışını dəyişə bilər. O kəs ki, hər an öləcəyini bilir, şübhəsiz ki, özü üçün məntiqli həyat seçər.
İmam Əli (ə) öz övladlarına xitab edərək, buyurur: “Bil ki, sən axirət üçün xəlq edilmisən. Dünya üçün deyil! (Bu dünyada) yoxluğa görəsən, cavidan yaşamağa görə deyil. Ölmək üçünsən, sağ qalmaq üçün deyil. Həqiqətən sən davamlı olmayan elə bir mənzildəsən ki, gərək ondan gedəsən. Onda ancaq bir neçə gün yaşayacaqsan. Sənin yolun axirət yoludur. Sən ölümün ovusan. Sən ondan qaça bilməzsən. Ölüm hər kimin dalınca olarsa, istər-istəməz onu tapar. Əgər günahla məşğulsansa ondan qorx. Buna ümid var ki, ondan sonra tövbə edəsən”.
Allah bizləri həqiqi möminlərdən qərar versin! 
(Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə