Çərşənbə, 12 Sentyabr 2012 21:32

Elm dənizi – Həzrət Cəfər Sadiq (ə)

Elm dənizi – Həzrət Cəfər Sadiq (ə)

İmamət və Vilayətin altıncı günəşi və “Elm dənizi” adlandırılan İmam Cəfər Sadiq (ə) qəməri təqvimi ilə 148-ci ilində şəvval ayının 25-də dünyasını dəyişmişdir. İmamın (ə) iftixarlı və şərəfli həyatının hamısı İslam dininin təlim edilməsi və öyrədilməsi istiqamətində sərf edilmişdir. Atası İmam Baqirin (ə) və babası İmam Səccadın (ə) Mədinədə təməlini qoyduqları elmi hövzə gözə çarpacaq dərəcədə böyüyür. Bu hövzədə böyük alimlər, təfsirçilər və hədis yazanlar tərbiyə olunurlar.

İmam Sadiqin (ə) misilsiz elmliyini həm dostları, həm də düşmənləri etiraf edirdilər. O günə qədər Hicaz və İraqda fiqh, təfsir elmi, hədis elmi və kəlam bu qədər inkişaf etməmişdi. Bu hözvədə həmçinin fizika, coğrafiya, astronomiya, tibb elmi də tədris edilirdi. Həzrətin (ə) 4 mindən çox tələbəsi var idi.

115-148-ci illər ərzində Bəni-Uməyyə hakimiyyətdən gedir və yerini Bəni-Abbasa verir. Bəni-Uməyyənin zülmlə dolu hakimiyyəti sona çatır. Abbasi hakimlər qüdrəti ələ keçirirlər. Baxmayaraq ki, Bəni-Abbas dildə Əhli-beyti (ə) müdafiə etdiyini və himayə etdiyini söyləyirdi, ancaq onlara qarşı düşmənçilikdə Bəni-Uməyyədən geri qalmırdı.

Səfah və Mənsur öz hakimiyyətlərini möhkəmlətməklə məşğul idilər. Onların əsl hədəfi hakimiyyətlərini müxtəlif məntəqələrdə qəbul etdirmək idi. Bəni-Uməyyənin tərəfdaşları hələ də orada-burada çaxnaşma yaradırdılar. Elə bu zaman elmin inkişafı üçün zəminə yarandı. İmam Sadiq (ə) yaranan bu fürsətdən gözəl bəhrələndi. Əhli-beyt (ə) elmini və mədəniyyətini yaymağa başladı. O, minlərlə təfsirçi, hədis yazan, dini alim yetişdirdi və Həzrət Muhəmməd (s) dininin sütunlarını möhkəmlətdi.

Əbu Abbas Səfah İmamı (ə) Bağdada dəvət etdi. İmamı (ə) Bağdadda həmişəlik saxlamaq istəyirdi. Ancaq bir müddətdən sonra bu işin düz olmadığını başa düşüb, onu yenə də Mədinəyə yola saldı. Mənsur da hakimiyyətə keçən zaman İmamı (ə) çağırır, Həzrəti (ə) iki il yanında saxlayır. Yazılanlara görə, bu müddət ərzində Mənsur İmamı (ə) beş dəfə öldürməyə cəhd edir.

Ancaq fürsət əldə etmir və İmamı (ə) Mədinəyə yola salır. İmam (ə) Bağdadda olan zaman da hövzə dərslərini bərpa edir və onun elm dənizindən hamı bəhrələnirdi.

Nəhayət, lənətlik Mənsurun əmri ilə İmamı (ə) zəhərləyirlər. İmam (ə) şəvval ayının 25-də şəhid olur və onu Bəqi qəbiristanlığında atası, babası və əmisinin yanına dəfn edirlər.

Salam olsun sənə, ey elm dənizi! Bu dünyaya gələrək, bizləri elminlə doyuzdurdun və gedişinlə qəmə qərq etdin!

(Həvzəh)

Şərh yaz


Məxfi kod
Yenilə