29 aprel, portuqaliyalıların İranın cənub sularından çıxarılması günü olaraq, İranda "Fars Körfəzi Günü" kimi qeyd edilir.
Bu gün, iranlıların öz sərhədlərini daim müdafiə etməyə hazır olduqlarını simvolizə edən gündür.
Fars Körfəzi İran İslam Respublikası ilə Ərəbistan Yarımadası arasında yerləşən su yoludur.
Bu körfəz hələ qədim zamanlardan "Fars Körfəzi" adı ilə tanınıb.
Buna baxmayaraq, son illərdə Fars Körfəzinin adının dəyişdirilməsi istiqamətində bir sıra səylər həyata keçirilib.
İran İslam Respublikası prezidentinin hüquq məsələləri üzrə müavini İlham Əminzadə Tehranda "Fars Körfəzi Günü" münasibəti ilə keçirilən mərasimdə deyib: Mövcud tarixi sənədlər xüsusi ilə də BMT tərəfindən qəbul edilmiş sənədlər ölkələrin Fars Körfəzi adından istifadə etmələrini vurğulayır.