Bazar, 24 Aprel 2016 14:06

Təbəs səhrası; Amerikanın unuda bilmədiyi kabus

 Təbəs səhrası; Amerikanın unuda bilmədiyi kabus

Amerikanın İrana Təbəs səhrasında hərbi hücumunun məğlubiyyətə uğramasından artıq 36 il ötür.

36 il öncə 1980-ci il 24 apreldə Amerika bir çox vertolyot və təyyarə ilə İran ərazisinə hərbi hücuma keçdi.

İran İslam Respublikası quruluşunu məğlub etmək üçün müxtəlif planların nəticə vermədiyini görən ABŞ hökuməti 1979-cu il 4 nöyabrda Amerikanın casusluq yuvası zamanı saxlanılan casusları xilas etmək məqsədilə İrana hücum etdi.

Dəqiq proqram və modern təchizatların olması və amerikalıların oxşar məkanlarda çoxlu məşqlər etməsinə baxmayaraq, Təbəsə hərbi hücum eyniadlı şəhərin ətraf səhralarında qum tufanı nəticəsində məğlubiyyətə uğradı, bir çox təyyarə və helikopter yandı, bir neçə amerikalı hərbçi həlak oldu və qalanları rüsvayçılıqla İran ərazisindən qaçdı.

Amerikalılar Təbəsdə endikdən sonra helikopterlə Tehrana doğru uçmalı və diplomatik tapşırığını yerinə yetirmək əvəzinə casusluqla məşğul olan və yenicə qurulmuş İran İslam Respublikasını devirməyi planlaşdıran Amerika səfirliyindəki diplomatları bu məkandan çıxarmalı idilər.

Qum tufanı bütün lazımi proqnozları nəzərdə tutan, hətta hava şəraitini də araşdıran Amerika rəsmilərini mat-məəttəl qoydu.

Şərh yaz


Məxfi kod
Yenilə