Bazar ertəsi, 04 iyul 2011 18:33

QISA XƏBƏRLAR:

QISA XƏBƏRLAR:

 Mahmud Əhmədinejad: “İran və Azərbaycan terrorçuluqda mübarizədəəməkdaşlığı genişləndirəcək”

 

Bunu İran prezidenti Mahmud Əhmədinexat Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmüudovla Tehranda terrorçuluqla mübarizəyə həsr olunmuş konfrans çərçivəsində keçirdiyi görüşdən sonra bəyan edib.

Görüş zamanı İran prezidenti ili ölkə arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Tehran və Bakı geniş siyasi, iqtisadi və mədəni imkanları ilə bölcədə sülh və sabitliyin bərpasına yardım edə bilər. Mahmud Əhmədinaxetın sözlərinə görə, Azərbaycanın konfransda fəal iştirakı iki ölkə arasında əlaqə vəəməkdaşlığın dərinləşməsinə şərait yaradacaq.


İran parlamentinin sədri cümə axşamı günü AR-a yollanır

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri azərbaycanlı həmkarının rəsmi dəvət ilə cümə axşamı günü Azərbaycan Respublikasına səfər edəcək.

Əli Laricani bu rəsmi səfər çərçivəsində Azərbaycan Respublikası prezidenti İlham Əliyev və parlament sədri Oktay Əsədovla görüşəcək. Görüşlərdə iki qardaş ölkənin siyasi və parlamenti əməkdaşlıqlarının genişləndirilməsi və dostluq münasibətlərinin gücləndirilməsi barəsində fikir mübadiləsi aparılacaq.

İran AB-nin sanksiyasına reaksiya verib

 İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Avropa Birliyi tərəfindən 3 iranlı rəsmiyə qarşı sanksiyanın tətbiq olunmasına reaksiya verib.

Fars İnformasiya Agentliyinin məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Suriya hadisələri ilə əlaqədar Avropa Birliyi tərəfindən 3 İran rəsmisinə qarşı sanksiyanın tətbiq edilməsinə reaksiya olaraq İranın Suriyanın daxili məsələlərində müdaxilə etmədiyini vurğulayıb.

ATƏT-in hazırki sədri Kazan görüşünün yekunlarına dair bəyanatla çıxış edib



ATƏT-in hazırki sədri, Litva xarici işlər naziri Audronyus Ajibalis Kazan görüşünün yekunlarına dair bəyanatla çıxış edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səyləri davam etdirməyə çağırıb.
“Təməl prinsiplərin təqdir edilməsi üçün şərait yaradacaq məsələlərin həlli üzrə ümumi qarşılıqlı anlayış əldə edilməsi səylərini alqışlayıram. Ümid edirəm ki, həll edilməmiş məsələlərin razılaşdırılması üzrə iş davam etdiriləcək”, deyə Ajubalis qeyd edib. turan

Medvedev Qarabağ üzrə vasitəçiliyi dayandıracağı ilə hədələyir

Rusiya prezidenti Dmitri Medvedev Kazan sammitinin yekunlarından o qədər məyus olub ki, vasitəçilik missiyasını dayandırmağa hazırdır, bu barədə Moskvanın “Kommersant” qəzeti yazır.
O, cənab Əliyev və Sarkisyanın növbəti görüşünü yanlız o şərtlə təşkil edəcək ki, həmin görüşdə Ermənistan və Azərbaycan prezidentləri nəhayət Qarabağ nizamlanmasının prinsipləri haqqında sənəd imzalasınlar.

Şərh yaz


Məxfi kod
Yenilə