Bazar, 07 Avqust 2011 01:45

VİTSƏ SPİKER SEVİNSİN- SEVİNMƏSİN?

VİTSƏ SPİKER  SEVİNSİN- SEVİNMƏSİN?

Azərbaycan Respublikası ABŞ-ın Qarabağ separatçılarına mali yardımının dayandırılmasından sevinir.

Bu sevinci Azərbaycan Respublikasının milli məclisinin sədr müavini"Bahar Muradova"nın  xəbərə  verdiyi reaksiyasında  Dağlıq Qarabağ  ermənilərinə ABŞ mali yardımlarının dayandırılmasını müsbət tədbir kimi qarşılamasında açıq –aşkar görmək olar.

Buna rəğmən bəzi reallıqlar vardır ki,onları xatırlamaq  bu  haqda  hər hansı sevincin artıq sadlövhlük kimi olmasını sübut edir, onlardan biri budur ki, ABŞ ötən 17 il boyunda  Ermənistana və Qarabağ separatçılarına 18 mlrd . dollar bir daha təkrar edirik 18 mlrd  dollar  qrant verib, hal bu ki,ABŞ ın Azərbaycan Respublikasına hər hansı mali yardımı 1993 – dən ABŞ kongressinin 907 nömrəli qətnaməsinin tətbiqilə asılı halda saxlanılıb.

Başqa məsələ budur ki, ABŞ-ın Qarabağ separatçılarına mali yardımlarının dayandırılması Bakının ürəyini ələ almaq ya xudda ABŞ-ın xarici siyasətində və erməni pərəst mövqeində birdən- birə  möcizəvi olaraq baş verən dəyişiklik üzündən deyil bəlkə ABŞ-ın cari ildə qarşılaşdığı mali-iqtisadi böhranın nəticələrindən dir.

Bundan əlavə hələ buda vardır ki, ABŞ dövləti qrantların verilib –verilməməsi barədə son qərarını verməmişdir, bu üzdəndə ABŞ-ın Qarabağ ermənilərinə mali yardımlarının  dayandırılması  xəbərindən  sevinmək  həmdə  tezdir. Unutmayaq ki,ABŞ-ın erməni icması və kongressdə erməni lobbisi  Ermənistan və Qarabağ separatçılarına ABŞ yardımlarının ötən 17 ildə olduğu kimi davam etməsi  bəlkədə artırılması  üzrə intensiv  fəaliyyət  aparmaqdadırlar və indi ki qərarın dəyişməsi istisna edilmir.

Azərbaycan –R  parlamentinin sədr  müavini  "Bahar Muradova" nın qeydlərinə başqa baxımdan baxılarsa onu Qarabağ ermənilərinə yardım etməmək barəsində ABŞ – a xəbərdarlıq  etmək  kimi  də  hesab etmək  olar. Lakin  hamıya  məlumdur ki,ABŞ zəruri vaxtlarda  Ermənistanın  və  separatçı  ermənilərin  əlin  boş qaytarmaz.

Bütün  bunlara  diqqət  yetirməklə  hazırda  bunu soruşmaq olar ki,ABŞ ın Qarabağ separatçılarına yardımlarının dayandırılması  xəbərindən sevinmək olarmı?    

M,SOLTANİ

Şərh yaz


Məxfi kod
Yenilə