Beynəlxalq Gözdən Əlillər Günü hər il 13 noyabrda qeyd olunan xüsusi gündür.
Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarix ilə əlaqədardır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
30 mindən artıq görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.