Cümə, 08 Avqust 2014 15:05

Müxbirlər günü

Müxbirlər günü

19 il əvvəl İRNA xəbər agentliyinin müxbiri Taliban tərəfindən qətlə yetirildi. Şəhid Mahmud Sarimi 1998 ci il 8 Avgust Əfqanistanda jurnalistika vəzifəsini yerinə yetirərkən şəhid oldu. Onun şəhadəti günü İranda “Müxbirlər Günü” adlanır.
Şəhid Sariminin son reportajı:
  “Bura Əfqanistan, Mordad ayının 17-si 1377 il (1998 ci il 8 Avgust) Məzar Şərif süqut etdi.
Bura İranın Məzar Şərifdəki konsulluğu. Mən Mahmud Sarimi İran İslam Respublikası Xəbər Agentliyinin müxbiri. Taliban qruplaşması bir neçə saat öncə Məzar Şərifə daxil oldular. Flaş, Flaş.  Məzar Şərif Talibanın əlinə keçdi. Bir qrup Talibançı konsulluğun binasına yaxınlaşır. Mənə deyin ki, vəzifəm….”
Bu reportaj elə burada yarmçıq qaldı və Sarimi şəahdətə qovuşdu. Allah rəhmət eləsin.
İran prezidenti Həsən Ruhani bu gün Şəhid Sariminin ailəsinə baş çəkdi, onun xatirəsini əzizlədi və dedi: “ Şəhid Sariminin və onunla birgə olanların necə şəhid edilməsi hamı üçün bir alarm idi ki, regionu təhdid edən terror, əsil zorakılıqdır. Zaman keçdikcə, İslam və cihad iddiaçıları olan bu qrupun yırtıcılığı daha da aşkarlanır.”

Şərh yaz


Məxfi kod
Yenilə