Çərşənbə axşamı, 05 Avqust 2014 15:45

8 şəvval- Bəqi qəbirlərinin dağıdılmasının ildönümü günü

8 şəvval- Bəqi qəbirlərinin dağıdılmasının ildönümü günü

Şəvvalın 8-i, imamlar(ə)-ın ilahi və əzəmətli məqbərələrinin daşürək və ağılsz vəhhabilik ünsürləri tərəfindən dağılması kimi ürəkdağlayan hadisənin ildönümü günüdür.

 Beynəlxalq imperializmin  himayəsi ilə müsəlmanlar arasında ixtilaf və təfriqə salmaq məqsədilə yaradılmış saxta firqə kobud və təkfirçi sima təqdim etməklə Böyük İslam Peyğəmbəri(s.ə.s)-in ilahi dininin rəhmət və məhəbbət siması və əziz İslamin yüksək dəyərlərini aradan götürməyə başladı. Bu firqə Məkkə və Mədinədə və ondan sonra hər biri İslamın əzəməti və onun bariz tarixinin nişanəsi olan dünyanın müxtəlif nöqtələrindəki mühüm və tarixi abidələri dağıtmaqla müsəlmanların zəngin mədəniyyətini ağılsızcasına məhv edib, dünya müsəlmanlaırnın qəlblərini sındıraraq, böyük və əvəziçıxılmaz xəsaətlər vurubdur.
1344-cü hicri qəməri ili şəvvalın səkkizində Məkkənin işğalından sonra vəhhabilər Əbdüləziz bin Səudun başçılığı altında Mədinəyə üz tutdular və şəhəri mühasirə edib, onun müdafiəçiləri ilə savaşdan sonra Bəqi qəbiristanlığı imamlarının qəbirlərini və digər qəbirləri, həmçinin Böyük İslam Peyğəmbəri(s.ə.s)-in övladı- İbrahimin qəbrini, o həzrətin həyat yoldaşlarının qəbirlərini, Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın anası Ummulbəninin, peyğəmbərin atası- Əbdullahın və imam Sadiq(ə)-ın övladı- İsmailin qəbirlərini və bir çox digər qəbrləri dağıtmağa başladılar. Onlar pak həzrətlər İmam Muctəba(ə), İmam Səccad(ə), İmam Baqir(ə) və İmam Sadiq(ə)-ın qəbirlərinin üzərindəki Bəqi imamlarının polad zirehini çıxararaq, özləri ilə apardılar.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə