Çərşənbə, 26 Fevral 2014 00:46

Ey Xocalım, ey şəhidim! (Şeir)

Ey Xocalım, ey şəhidim! (Şeir)

Bismilləhir-Rahmənir-Rahim

 

Qarabağın gül qönçəsi,

Ey Xocalım, ey şəhidim!

Qədim tarix abidəsi,

Ey Xocalım, ey şəhidim

 

Güllə yağdı qar əvəzi,

Qana döndü qarı, buzu

Tapdalandı dağı, düzü

Ey Xocalım, ey şəhidim!

 

Şəhid oldu körpələri,

Babaları, nənələri,

Xalaları, bibiləri

Ey Xocalım, ey şəhidim!

 

Adın dillər gəzər oldu,

Gözəl yurdum, nəzər oldu

Kərbəlaya bənzər oldu

Ey Xocalım, ey şəhidim!

 

Güllələrdən şan-şan yurdum!

Varı-yoxu talan yurdum!

Gözü yolda qalan yurdum!

Ey Xocalım, ey şəhidim!

 

Gözlə bizi, gələcəyik!

Torpağını öpəcəyik!

Uğrunda can verəcəyik!

Ey Xocalım, ey şəhidim!

 

 

Zeynəb Zeynalabdiyeva,

"Dəyərlər"in oxucusu

Şərh yaz


Məxfi kod
Yenilə