Cümə, 10 Yanvar 2014 00:57

Ailədə məhəbbət necə yaranır?

Ailədə məhəbbət necə yaranır?

Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin.

Kişilər isə həmişə xanımları tərəfindən hörmət edilməyə ehtiyac duyarlar. Evə gələn zaman istəyirlər ki, ən azı bir nəfər bu həyatda onun ləyaqətli bir insan olduğunu qəbul etsin. O zaman ki, əriniz evə gəlir, telefonu söndürüb, onu qarşılamağa gedin.

Bir-birinizlə yaxşı dost kimi rəftar edin.

Ərlə arvad gərək bir-birinin dostu olsun. Əsl dostluq budur ki, iki tərəf qarşı tərəfin hiss və ehtiyaclarına ehtiram qoysun. Yəni, hər nə sənin üçün mühümdürsə, mənim üçün də mühümdür. Həyat yoldaşınız həqiqi bir dostu olduğunu bilməlidir.

Dörd qızıl əməl.

Dörd qızıl əməli yadınızda saxlayın: qulaq asmaq, razılaşmaq, qurucu olmaq, təşəkkür etmək.

 Qulaq asmaq: Bu əməl problemləri həll etmək üçün mühümdür. Həyat yoldaşınıza icazə verin ki, sözünü axıra qədər desin və sözünü ortada kəsməyin. Sonra dediklərini təkrar edin. Bu qarşı tərəfi əmin edəcəkdir ki, sözlərinə dəyər verilir.

Razılaşmaq: Problemlərinizi elə həll edin ki, iki tərəf də razı qalsın. Sizlərdən heç biri məcbur qaldığı üçün qarşı tərəfin rəyini qəbul etməməlidir. Qəbul etdiyiniz rəy hər iki tərəfin razılığı ilə olmalıdır.

Qurucu olun: Əgər qarşı tərəfə ruhi zərbə vurmusunuzsa, gərək bu qəlb sındırmanı aradan qaldırasınız. Gərək qurucu olasınız. Qəzəb və əsəbəlikdən uzaq olun. Çünki qəzəb kin və kidurəti artırar.

Təşəkkür edin: Heç bir zaman lazımlı şəkildə həyat yoldaşınıza təşəkkür edə bilməzsiniz. Çalışın ki, sizin üçün gördüyü hər bir işə görə təşəkkür edəsiniz.

Həyat yoldaşınız sizin üçün birinci sırada durmalıdır. Valideynləriniz, övladlarınız, dostlarınız, qohumlarınız sonrakı sırada olmalıdır. Ailə divarlarınızı möhkəm edin ki, evliliyə dəyər verdiyinizi hiss edə bilsin. Heç bir zaman icazə verməyin ki, bu divar zəifləsin.

Valideynlərinizin, övladlarınızın ehtiyacını ödəməkdən əvvəl həyat yoldaşınızın ehtiyacını ödəyin. Bir-birinizə müəyyən vaxt ayırın.

Hər gün həyat yoldaşınızı sevindirməyə çalışın. Bunu bir gül, bir söz, bir hədiyyə, bir təbəssümlə edə bilərsiniz. Bu işi hər gün təkrar etməyə çalışın.(Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə