Şənbə, 07 Dekabr 2013 18:32

İran və Mandela

İran və Mandela

İran İslam İnqilabının qələbəsindən sonra Mandelanın mübarizələrini dəstəkləyən ilk ölkələrdən biri idi.

İran İslam Respublikası, İslam İnqilabının qələbəsindən sonra irqçiliyə qarşı mübarizə cərəyanında Cənubi Afrikaya sürgün olunduğu zaman İran şahı Rzaxanın qaldığı sabiq mənzili Afrika Milli Konqresinin ANC əsas üzvlərinin ixtiyarına vermişdi. Çünki həmin yer İranın torpağının bir hissəsi sayılır və Aparteid hökumətinin məmurlarının oraya təcavüz etmək haqqı yox idi.

Cənab Mandela ANC partiyasının mübarizələri ərəfəsində bu partiyanın başçıları ilə İmam Xomeyni (rə) ilə görüşmək üçün İrana yola düşdü. Çünki imama çox meylli idi.

Bu görüşdə irqçiliyə qarşı mübarizələr və ANC-nin son vəziyyəti barəsində imama məlumat təqdim etdi və imam da ölkəsində fəaliyyətini davam etdirmək üçün müəyyən vəsaiti ona bağışladı.

ANC-nin 1-ci və hazırkı nəsli və üzvlərinin hamısı İslam Respublikasının köməkləri və Mandela tərəfindən əsası qoyulmuş İranla əlaqələri çox gözəl xatırlayırlar. Çünki Cənubi Afrikaya mübarizələrində kömək edən ilk ölkə idi.

Mandela prezident olduğu vaxtda ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun Cənubi Afrika Respublikasına səfəri zamanı paytaxt Keyptaunda Klintona ziyafətdə deyib: Biz İran İslam Respublikası ilə münasibətləri genişləndirmək və möhkəmləndirmək istəyirik. Baxmayaraq ki, bizim dost və əməkdaş ölkələrimiz bundan narahat olsunlar.

22 iyul 1992-ci ildə Afrikanın Milli Konqresinin rəhbəri olduğu vaxtda Nelson Mandela İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin qəbulunda oldu. Bu görüşdə irqçi rejimə qarşı mübarizə üçün Cənubi Afrika Respublikası xalqına ümid verməkdə İran İslam İnqilabının qələbəsinin birbaşa təsirini vurğuladı.

Bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri Cənubi Afrika Respublikasının irqçi rejiminə qarşı mübarizədə Afrika Milli Konqresinin rəhbərinin müqavimətini alqışlayaraq bu ölkə xalqının mübarizələrinin haqlılığına İran xalqının inandığını xatırlatdılar.

Afrika Milli Konqresinin rəhbəri cənab Nelson Mandela onu və onu müşayiət edən heyətin İran İslam Respublikası rəsmiləri tərəfindən səmimi qarşılanmasına öz təşəkkürünü bildirdi və CAR-da digər dinlərin kənarınsa islam dinin əhəmiyyətli yerinə toxunaraq dedi: Biz islama biganə deyilik. Afrika müsəlmanlarının tanınmış simaları Afrika Milli Konqresində iştirak və təsirli rola malikdirlər və ölkəmdə müsəlmanların tapdalanmış hüquqlarının təmin olunması bizim məqsəd və tələblərimizdəndir.

Nelson Mandelanın İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamene ilə ikinci görüşü 17 oktyabr 1999-cu ildə baş tutdu.

Şərh yaz


Məxfi kod
Yenilə