Cümə, 06 Dekabr 2013 00:26

İMAM BAQIR (Ə) DAN ON HƏDIS

İMAM BAQIR (Ə) DAN ON HƏDIS

1- Hədis: İmam Baqir (ə) buyurur: “Allah-təala - pis danışan, lə`nət deyən və tə`nə vuranları sevmir.”
* * *
2- Hədis: İmam Baqir (ə) buyurur: “Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
* * *
3- Hədis: İmam Baqir (ə) buyurur: “Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
* * *
4- Hədis: İmam Baqir (ə) buyurur: “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”
* * *
5- Hədis: İmam Baqir (ə) buyurur: “Səni tə`rif etsələr, sevinmə.”
* * *
6- Hədis: İmam Baqir (ə) buyurur: “Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
* * *
7- Hədis: İmam Baqir (ə) buyurur: “Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”
* * *
8- Hədis: İmam Baqir (ə) buyurur: “Saleh insanların məclisi insanı islaha vadar edər.”
* * *
9- Hədis: İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”
* * *
10- Hədis: İmam Baqir (ə) buyurur: “Mö`min mö`minin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
* * *

Şərh yaz


Məxfi kod
Yenilə