Cümə, 22 Noyabr 2013 17:07

Ayətullah Məkarim Şirazidən təqvanın insanı xeyrə tərəf necə aparmasına dair maraqlı hekayə

Ayətullah Məkarim Şirazidən təqvanın insanı xeyrə tərəf necə aparmasına dair maraqlı hekayə

Ayətullah Məkarim Şirazi dərslərinin birində belə bir hekayəni nəql etmişdir: “Böyük və ali məqamlı mərcə olan Ayətullah Seyyid Əbulhəsən İsfahaninin zamanında İranla Səudiyyə arasında münaqişə olmuşdu. Münaqişənin səbəbi isə bu idi ki, Yəzddən olan Əbu Talib Nami Kəbə evini təvaf edən zaman ürəyi qalxmış və qaytarmışdır. Vəhabilər də bunu hərəmə hörmətsizlik hesab edib, onu qətl etmişdilər. Ona görə də bir müddət həcc mərasimi iranlılar üçün qadağan olmuşdu. Bir neçə ildən sonra Səudiyyə dövləti İrandan üzr istədi və iranlılara həccə getmək icazəsini verdi. İsfahan alimlərindən biri mənim üçün nəql edir ki, həcc səfərimdə bir rəfiqim var idi. Küveytlə Hicaz yolu arasında qumluğa düşdük. Maşın hərəkət edə bilmədi. Sürücü bizə dedi: “Əgər həccə çatmaq istəyirsinizsə, gərək əşyalarınızı burada buraxasınız”. Nəhayət Məkkəyə çatdıq. Rəfiqimin yadına düşdü ki, həmin səhrada 4000 tümənini qoyub gəlmişdir. Hər kəsdən soruşur və heç kəs bu çemodanı görmədiyini söyləyir. İranlılar həcdən sonra Kərbəlaya gedirdilər. Dostum deyir: “İmam Hüseyn (ə) hərəminin salonunda Həzrətə (ə) təvəssül edirdim, iki namaz arasında bu itmiş çemodanı soruşdum. Hamı güldü və dedi: “Hicaz torpağı hara, Kərbəla hara?”. Mənim yanımda dayanan ərəb mənə dedi: “Bu şəxs nə deyir?”. Əhvalatı ona danışdım. Gördüm ki, sevindi və dedi: “O kişinin itmiş şeyi mənim yanımdadır. Gördüm ki, İran puludur, ona görə də iranlıların çadırlarını gəzdim, ancaq sahibini tapa bilmədim”. Dedim: “Allahım, bu pul mənim vəbalım olmuşdur, mənə yardım et onu sahibinə çatdırım”. Nəhayət bir nəfər mənə dedi ki, iranlılar Kərbəla yolundan gedirlər. Ona görə də mən də bu yoldan gəldim. Allaha şükür olsun ki, bu gün rahat oldum””.

Alim bu hekayəni ona görə nəql edir ki, təvqanın nələr edə biləcəyini bizlərə nişan versin. Təvqa insan qəlbinə o qədər stimul verir ki, bir ərəbi Küveyt səhrasından Məkkəyə tərəf yollayır və çadırları gəzdirir. Bu pulun sahibini axtarır və sonra da Kərbəlaya gətirir. Nəhayət ki, məsuliyyət yükünü çiynindən götürür. Alim nəql edir ki, hətta müjdə verdiyi üçün ona bir qədər pul vermək istədik, rəngi qaçdı və dedi: “Məgər vəzifəni yerinə yetirmək üçün pul alırlar?”.

Bəli, təqva həmişə xeyirlərə yol açar, şər qapıları bağlayar. Quranda oxuyuruq: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).

Beləliklə, deyə bilərik ki, təvqa elə bir dəyərli həqiqətdir ki, hər kim onu əldə edərsə, nə dünya sərvətinə, nə qüdrətinə dəyişməz. (Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə