Çərşənbə axşamı, 05 Noyabr 2013 18:28

ABŞ-ın "işğalla barışmaq" layihəsi (Köşə yazısı)

ABŞ-ın "işğalla barışmaq" layihəsi (Köşə yazısı)

...Yaxın vaxtlarda Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsi olan televiziya fəaliyyətə başlayacaq.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı xəbər verib. Onun sözlərinə görə, “Sülh TV” adlanan televiziya internet üzərindən yayımlanacaq. Ramin Hacılı bildirib ki, bu layihə Amerikanın Marşal fondu ilə birgə həyata keçiriləcək: “Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkiləcək və Sülh TV-də yerləşdiriləcək. Layihəyə Ermənistan Avropa Hərəkatı, Türkiyə Avropa Hərəkatı, Gürcüstan Avropa Hərəkatı və Beynəlxalq Avropa Hərəkatı qoşulur”...


*****             *****             *****
Gördüyümüz kimi, bu sülh çağırışları və ya layihələr ABŞ-ın birgə layihəsidir. Həmçinin “sülhsevərlik” heçdə vicdanların susadığı sülhdən irəli gəlmir. Əksinə, diplomatiya,  daha doğrusu kimlərinsə layihəsi olan “diplomatiya”dır.

Əlbəttə ki, biz sülh əleyhdarı deyilik, amma haqqın, torpağın, sənə aid olan bir dəyərli bir şey  əlindən alınandan sonra,  edilən “sülh”ə, özüdə zəif biri sənin haqqını qəsb edirsə və sən “sülhsevərlik” üçün can atırsansa,  buna dünyada “qorxaqlıq”  deyirlər.

Dünyanın ən inkişaf etmiş Yaponiya zahirən sülh bağlasada, Kuril adalarına görə dəfələrlə Rusiya kimi böyük dövlətə müxtəlif yollarla sözünü deyir və bu “sülh”ə razı olmadığını bildirir.

Mənə maraqlı burasıdır ki, niyə ABŞ və bəzi Qərb təşkilatları gəncləri ermənilərə belə yaxınlaşdırır. Bu cür şeylər gənclər arasında ərazisini qəsb etmiş düşmənə qarşı qəzəbi soyudur və illər keçdikcə işğala, torpaqların düşməndə olması faktına biganəlik yaradır.

Axı vətənpərvərlik, şəhid ruhiyyəsi bu şeylər təbliğ edilməli halda “pis sülh” yəni “işğalla barışmaq” bizim xalqa nə verəcək? İşğalla barışmaq zillət deyilmi? Birinin evinə daxil olub, onun evini qəsb edənə, həyat yoldaşına, məhrəmlərinə sataşana barış təklif edənə, el arasında nə deyildiyini gözəl bilirik. Bu sözü bura yazmağı məqbul görmürəm və yazımı oxuyanlar çox güman ki, anladılar mənim nə demək istədiyimi....

....Çox heyifki, ABŞ-ın bu cür layihələrinə Azərbaycanda imkan yaradılır.

Odurki, bu gün daxil olduğumuz İmam Hüseyn (ə) matəmi olan Məhərrəm ayında İmam Hüseynin (ə) gözəl bir kəlamı ilə bu qısa yazımı bitirirəm.

Allah bizi bu şüara əməl edənlərdən qərar versin:

“Zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır!”.

Əli Həsən

İslamazeri.az üçün...

Şərh yaz


Məxfi kod
Yenilə