Cümə axşamı, 12 Sentyabr 2013 17:44

Ruhi və fiziki sağlamlıq üçün bilinməli olan mühüm həqiqət

Ruhi və fiziki sağlamlıq üçün bilinməli olan mühüm həqiqət

Allah Təala hər bir insanın ruhi və fiziki sağlamlığı üçün bir sıra həqiqətləri bəyan etmişdir. Əgər insanlar bu həqiqətləri bacardıqları qədər həyata keçirərlərsə, həm öz sağlamlıqlarını, həm ailəsini və həm də cəmiyyətin sağlamlığını təmin etmiş olarlar.

Əsas məsələ - Allaha iman və etiqaddır. Bu, bütün həqiqətlərin motorudur. Amma yalançı iman deyil, Quranın buyurduğu həqiqi imandan söhbət gedir. Elə bir iman ki, şirkdən uzaq olsun. Elə bir iman ki, qəlb və ruha nuranilik bəxş etsin. Ancaq Allah üçün yaşayıb, ancaq Onu düşünəsən.

 

Müharibədə olan Allah sevgisi.

Həzrət Peyğəmbərin (s) zamanında iman əhli ilə kafirlərin arasında olan döyüş zamanı Bilal İslamın ən xəbis düşmənini görür və onu hədəfə alır. Düşmənin belini yerə vurub xəncərini çəkir. Başını üzmək istəyən zaman xəbər verirlər ki, döyüş bitmişdir. Bilal da xəncərini qınına qoyub ayağa qalxır. Düşmən çox təəccüb edib, soruşur: “Axı sən məni öldürmək istəyirdin?”. Bilal deyir: “Bəli”. Soruşur: “Bəs niyə öldürmədin?”. Deyir: “Bizim vəzifəmiz budur ki, Allaha xatir döyüşə girək. O zaman ki, mən səni öldürmək istəyirdim, Peyğəmbər (s) döyüşün bitdiyini xəbər verdi. Mən artıq döyüşdə deyildim ki, səni öldürəm. Biz döyüşdən çıxmış idik. Səni öldürmək düz iş olmazdı”. Bəli, budur Allah sevgisi.

 

Vəzifədə Allah sevgisi.

Mərhum Ayətullah Birucerdi iftara 15 dəqiqə qalmış xidmətçisinə deyir ki, mənim üçün tez qaynamış su gətir. Xidmətçisi deyir: “İftara 15 dəqiqə qalıbdır”. Alim deyir: “Gətir”. Xidmətçi də suyu gətirir. O, suyu içdi və Allaha şükür etdi. Xidmətçisi deyir:” Axı iftara hələ qalıbdır, ancaq siz su içdiniz?”. Alim buyurur: “O zaman ki, oruc idim, vəzifəm bu idi ki, onu tutum. Birdən halım dəyişdi və orucu tuta bilməz hala gəldim. Mən Allahın bəndəsiyəm. Öz istəklərimə görə ibadət edə bilmərik. İbadət gərək Allahın əmrinə görə olsun. O zaman ki, vəzifəmiz ibadət olar, ibadət edərik. O zaman ki, ibadəti tərk etmək olar, onu tərk edərik”. Budur vəzifədə Allah sevgisi.

 

İşdə Allah sevgisi.

Həzrət Peyğəmbərin (s) səhabələrindən biri buyurur: “Mən bir neçə nəfərlə səfərə getmişdim. Günortaya yaxın küçədə çoban gördüm ki, bir neçə qoyunu var idi. Dostlarım mənə dedi: “Bir qoyun al, yemək hazırlayaq”. Dedim: “Mümkündür”. Çobanın yanına gəldim və dedim: “Mənə bir qoyun sat”. Dedi: “Mənim satılası qoyunum yoxdur. Mən bu qoyunların sahibi deyiləm. Mən çobanam”. Dedim: “Əgər qoyunların sahibi burada olsaydı, neçəyə satardı? Dedi: “On dirhəmə”. Dedim: “Mən sənə 20 dirhəm verirəm və mənə bir qoyun sat”. Dedi: “Sahibi satışa razı deyildir”. Dedim: “Sənə 50 dirhəm verərəm və mənə bir qoyun sat. Hava qaralan zaman qayıdanda sahibi soruşan zaman de ki, canavar yemişdir”. Dedi: “Bəs Qiyamət günü məhkəməyə çıxan zaman bu yalanı Allaha da qəbul etdirə biləcəyəmmi?”. Əlbəttə ki, səhabə onu sınayırdı. Bəli, budur Allah sevgisi.

 

Mal-dövlətdə Allah sevgisi.

Allah sevgisi odur ki, əgər sənə pul versələr, haqqın deyilsə, almazsan. Ustad Ənsari nəql edir ki, bir qonşum var idi. Aylıq maaşini bankdan alardı. O zaman maaşı 500 tümən idi. Pulu almağa gedən zaman yazardı: 451 tümən. Çox az hallarda pulun hamısını çəkərdi. Bank işçiləri ona deyirlər ki, niyə siz həmişə pulun hamısını çəkmirsiniz?

Cavab verir: “Mən idarədə işçi olmaq istəyən zaman Ayətullah Birucerdinin xidmətinə getdim. Dedim ki, mən bu işə gedim, yoxsa yox. Alim mənə icazə verdi və buyurdu: “İşə davamlı olaraq get və insanların işinin düyününü aç”. Mən evdən tez çıxmağa çalışıram, ancaq bəzən tıxaca düşdüyüm üçün işə 5-10 dəqiqə gecikirəm. Onların hamısını yaddaş edirəm. Ona görə də işdə olduğum qədər maaş alıram. Mənim haqqım olmayanı almıram”. Budur Allah sevgisi.

 

Əgər insan Allah üçün yaşayar, Allah üçün gülər, Allah üçün evlənər, Allah üçün danışarsa - Allahın həqiqi bəndəsi olar.

 

(Erfan)

Şərh yaz


Məxfi kod
Yenilə