Cümə, 02 Aprel 2021 12:50

Bu gün, İranda Təbiət Günüdür

Bu gün, İranda Təbiət Günüdür

Təbriz Radiosu --Bu gün, fərvərdin ayının 13-ü, İranın rəsmi təqvimində təbiət günü adlandırılıb.

 İran xalqı yeni günəş ilinin on üçüncü günündə bəyənilmiş və gözəl adət-ənənəyə görə, təbiətin qoynuna gedirdi ki, təbii nemətlərdən ləzzət almaqla yanaşı, ailənin və yaxınlarının kənarında xatirəli və şad bir gün keçirmiş olsun.

 Amma ölkədə koronavirus epidemiyası səbəbindən bu il İran xalqı arasında ümumi şəkildə rəvac tapmış «sizdəh bedər» günü , başqa sözlə, təbiət gününün əhval-ruhiyyəsi öncəki illərdəkindən fərqlidir.

 İranlılar bu il keçən illərin əksinə olaraq, özləri və ətrafındakıların sağlamlıqlarına hörmət etmək istiqamətində həmrəylik və həmkarlıqla «evdə qalaq» və «koronanı məğlub edəcəyik» kimi hərəkətlərlə koronavirusla mübarizələrini davam etdirəcəklər.

 İran xalqı müxtəlif tarixi dövrlərdə novruzu, yaranış və dünyanın başlanması şənliyi bilir və onun bitməsini fərvərdin ayının on üçüncü günü hesab edirdilər. Bu gün iranlıların yanında olduqca mübarək bir gündür.

Şərh yaz


Məxfi kod
Yenilə