Şənbə, 08 Sentyabr 2018 12:11

17 şəhrivər qiyamının ildönümü günü

17 şəhrivər qiyamının ildönümü günü

Bu gün 17 Şəhrivər(8 Sentyabr) İran xalqının 1357-ci ildə şahlıq rejiminə qarşı qiyamının ildönümü günüdür.

"Qara cümə" və tarixi mənbələrdə "17 şəhrivər qırğını" adları ilə qeyd olunmuş 17 şəhrivər hadisəsi İransa islam inqilabı formalaşarkən baş verdi və 1979-cu ildə şah diktaturasının devrilməsində əvəzolunmaz rol oynadı. 

17 şəhrivər günündə Tehranda yüzlərlə sakinin Pəhləvi rejiminin qüvvələri tərəfindən Tehranın Jalə(şəhidlər) küçəsində qırğın edilməsi xalqın rejimə qarşı nifrətini artırdı və etirazlar daha geniş vüsət aldı. 

İran İslam Respubliaksının banisi həzrət İmam Xomeyni(r.ə) 17 şəhrivər qiyamından sonra iki müraciətdə İran xalqına başsağlığı verərək, qələbəni müjdələdi. 

17 şəhrivərdə İran xalqının qırğın edilməsi və komendant saatının davam etməsi, Pəhləvi rejiminin ordusunun iradəsi və bütövlüyünü sarsıtdı və digər tərəfdən İran xalqının şahlıq rejimini devirmək üçün iradəsini daha da gücləndirdi. Nəhayət İran xalqının haqq sevər mübarizəsi davam etdi və 17 şəhrivər qiyamından 5 ay sonra 1979-cu il fevral ayında Pəhləvi rejimi devrildi. 

Hər il İranda 17 şəhrivər qiyamının ildönümü günü xüsusi tədbirlərlə qeyd olunur və o gün şəhid olanların xatirəsi anılır. 

Şərh yaz


Məxfi kod
Yenilə