Cümə axşamı, 30 Avqust 2018 14:56

Rəcayi və Bahünərin şəhadətinin ildönümü günü; İranda terrorizm ilə mübarizə milli günü

Rəcayi və Bahünərin şəhadətinin ildönümü günü; İranda terrorizm ilə mübarizə milli günü

Bu gün, avqustun 30-u,1981-ci ildə  İranın ozamankı prezidenti və baş nazirinin şəhadətlərinin ildönümü günü və İranda terrorizmlə mübarizə milli günüdür.

1981-ci il avqustun 30-u İranın ozamankı prezidenti və baş naziri Məhəmməd Əli Rəcayi və Məhəmməd Cavad Bahonərin baş nazirlik ofisindəki partlayışda nazirlər kabinetinin bir qrup üzvü ilə birgə, məzlumcasına şəhadətini xatırladır.Bu partlayış terrorçu münafiqlər qaragüruhu tərəfindən törədilmişdi.

Bu iki şəhidin həyatı və xatirələri sədaqətli səy, ürəkyananlıq, xalqa qayğı və imandan xəbər verir.Bu iki şəhidin xatirələrinin xalqın zehnində qalmasına səbəb, onların xalqın problemləri ilə tanışlığı və minnətsiz və xaliscəsinə səyləri olub.

Şəhidlər Rəcayi və Bahonər Allah-Taalaya təvəkkül və öz geniş baxışları və elmləri ilə İranın tərəqqisi və inkişafı yolunda addım atdılar və elə bu məsələ İslam düşmənlərini əsəbiləşdirdi və nəhayətdə bu iki dəyərli şəxsiyyətin terror planı terrorçu münafiqlər qaragüruhu tərəfindən hazırlandı.

Terrorizm beynəlxalq ictimaiyyətin ən əsas problemi və xalqların hüquqlarına eləcə də beynəlxalq stabilliyə qarşı ən təhlükəli təhdiddir. Tarix boyu xüsusiylə son 100 ildə terrorizm ümumdünya sülh və təhlükəsizliyə qarşı təhdidlərin əsas təməlini təşkil etmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə