Çərşənbə axşamı, 05 June 2018 17:08

15 Xordad Qiyamı; İslam İnqilabının dönüş nöqtəsi

15 Xordad Qiyamı; İslam İnqilabının dönüş nöqtəsi

Bu gün İranda 15 Xordad qiyamının ildönümü günüdür. 15 Xordad Qiyamı İranın İslam İnqilabı tarixində xüsusi əhəmiyyətə malikdir və bu hadisədən dönüş nöqtəsi və İran xalqının İslami hərəkatının başlanğıcı kimi yad edilir.

1340-ci hicri şəmsi ili ilə 1342-ci hicri şəmsi illəri arasında şahlıq rejimi və Amerikanın İslami məhv etmək və İranı qarət etmək üzrə hərəkətləri səbəb oldu ki, İmam Xomeyni(r) bəyanatlar verib, mühüm çıxışlar edərək, onların nəhs planlarını ifşa etsin.

İmam Hüseyn(ə) Aşurası ilə eyni vaxta təsadüf edən 1342-ci hicri şəmsi ili xordad ayının 13-də İmam Xomeyni(r)in çıxışı şahlıq rejimi və şahın amerikalı və israilli ərbablarının cinayətlərinin daha artıq detallarını ifşa etdi və bu sözlər xalqın Pəhləvi rejiminə qarşı qəzəb və nifrətini daha da artırdı.

Bu sözlərin ardınca şahlıq rejiminin qüvvələri, şahın əmri ilə 1342-ci hicri şəmsi ili xordadın 15-də İmam Xomeyni(r)in Müqəddəs Qum şəhərindəki evinə hücum edib, imamı həbs edərək, onu Tehranda həbsxanaya köçürdülər.

Gün yarısına çatmamışdı ki, İmam Xomeyni(r)in həbs edilməsi xəbəri bütün İranı bürüdü və xalq müxtəlif şəhərlərdə, o cümlədən Qum, Tehran, Məşhəd, Təbriz və Vəramin də etiraz etməyə başladılar.

Bu etirazlar xalqın içindən coşan qiyamı idi. şahlıq rejimi isə bu xalq hərəkətinin genişlənməsinin qarşısını almaq üçün Qum, Tehran və Vəramin şəhərlərində etirazçılara doğru atəş açmağa başladı.

15 xordad qiyamı səbəb oldu ki, zalım pəhləvi rejiminin ömrü çox olmasın və bu qiyam İranın İslam İnqilabının zəfər çalması üçün yolu hamarladı. Elə bir inqilab ki, hələ də dünyanın azadlıqsevər və müstəqil xalqlarının oyanış ülgüsüdür.

Hər il 15 xordad qiyamı şəhidlərini anmaq və onların yad və xatirəsini canlı saxlamaq məqsədilə əzəmətli gülbaran etmə mərasimi keçirilir və bu qiyam şəhidlərinin yollarının davam etməsinə təkid edilir.

Şərh yaz


Məxfi kod
Yenilə