Cümə axşamı, 24 May 2018 12:57

Xürrəmşəhrin azad olunmasından 36 il ötür

Xürrəmşəhrin azad olunmasından 36 il ötür

Bu gün cümə axşamı 3 xordad (24 may) İranın cənub-qərbində Xürrəmşəhrin 1982-ci ildə azad olunmasının ildönümü günüdür. Bu gün İran İslam Respublikası təqvimində müqavimət, fədakarlıq və qələbə günü adlandırılmışdır.

Müqəddəs Müdafiənin fəxrli illərində böyük günlər qeydə alınmışdır və onların əhəmiyyəti həmişəlik yaddaşlara həkk olunmuşdur. 3 xordad İraqın edam edilmiş diktatoru Səddamın Bəəs rejiminin İran əleyhinə 8 illik elan olunmamış müharibəsi zamanı Xürrəmşəhrin azad olunması günü də 8 illik müqəddəs müdafiənin fəxrlərindən biridir. 

Xürrəmşəhrin azad olunması qəhrəmanlığı bütün aspektləri, o cümlədən hərbi, qəhrəmanlıq və mədəni aspektlərdən İran İslam İnqilabının tarixində önəmli dönüş nöqtəsidir. İran xalqının zülmə qarşı əhval-ruhiyyəsi bu gün də daha da möhkəmlənərək və güclənərək inkişaf istiqamətində qərarlaşmışdır. 

3 xordad təcavüzkar qüvvələr qarşısında İslami İranın müdafiəçilərinin alqışlayiq müqaviməti və fədakarlıqlarını xatırlamaqdadır. 

İran və iranlılar bu gün də Xürrəmşəhrin azad olunmasını xatirələrində canlandırır, məktəblərdə bu böyük günün xatirəsinə zənglər çalınır, İran xalqı bu böyük və əbədi günü əziz saxlayır. 

Şərh yaz


Məxfi kod
Yenilə