Şənbə, 17 Fevral 2018 23:55

İslam İnqilabına stimul verən 29 Bəhmən Qiyamı

İslam İnqilabına stimul verən 29 Bəhmən Qiyamı

 20-ci əsrdə təbrizlilərin timsalında İran Azərbaycanının iki mühüm qiyamına önəm vermək lazımdır . Bu qiyamlardan biri kiçik istibdad dövründə Məhəmmədəli şah Qacarın məğlubiyyətə uğraması ilə nəticələnib və digəri 1978-ci il fevralın 18-də əhalinin mənfur Pəhləvi rejiminin əleyhinə qaldırdığı tarixi qiyamdır ki, onun İslam İnqilabının qələbəsində böyük rolu olmuşdur .


18 fevral qiyam birinci silsiləvi halqa olmuşdur ki, artıq 1978-ci il yanvarın 9-da Qum əhalisini iranlı qövmlərin mənfur pəhləvi rejiminə qarşı ardıcıl qiyamlarına bağlayırdı. O zaman Pəhləvi rejimi tərəfindən Qumda törədilən faciənin 40-cı günündə İranın hər bir yerində əhali özünü bu mərasim keçirməyə hazırladı . Təbriz şəhərində isə əhali Qızıllı məscidində bir araya gələrək rejimə kəskin etirazını nüçayiş etdirdi. Onun ardınca Təbriz əhalisinin böyük qiyamı kulminasiya nöqtəsinə çataraq qarşıdurma baş Verdi. Beləliklə də Qum əhalisinin qanlı 9 yanvar qiyamının ardınca rejimin törətdiyi cinayətlərə digər bir cinayət əlavə olundu. Xalq qiyamında 13 təbrizli şəhid oldu, 125 nəfər isə yaralandı.  O zaman Nəcəf-Əşrəfdə sürgündə olan İran islam İnqilabının banisi İmam Xomeyni Həzrətləri Təbriz əhalisinə yazılı müraciət edərək onlara qələbə müjdəsi verdi .
Həzrət İmam Xomeyni (r.ə)-in müraciətinin bir hissəsində deyilirdi: “Təbriz əhalisinin dindar və şücaətli əhalisinə salam olsun. Təbrizin qeyrətli və gənc igidlərinə salam olsun. Pəhləvi rejimin təhlükəli sülaləsinin qarşısında qiyam edib şaha ölüm şüarı verərək onun cəfəngiyatına xitam verən Təbriz əhalisinə salam olsun. Mən hansı bir dillə hörmətli Təbriz əhalisinə və bu qiyamda müsibət görmüş ata-analara necə təsəlli verməyi bəyan etməyi bacarmıram. Qum faciəsinin ağrıları hələ yaddaşımızdan silinməmiş Təbriz faciəsi baş verdi. Mən Azərbaycanın böyük əhalisinə qəti qələbə müjdə edirəm.”
Əslində Təbrizin bu tarixi qiyamı sübuta yetirdi ki , Təbriz əhalisi və İranın azəri dillilərini Əhvazdakı ərəblər ya ölkənin kürd, fars , gilək və Mazandaran əhalisi ilə birləşdirən yeganə səda məhz müqəddəs İslam dinidir.
Nəhayət İslam İnqilabının qələbəsində xüsusi əhəmiyyətə malik olan 29 Bəhmən, 18 Fevral qiyamı İran xalqının dini xarakterli hərəkatında xüsusi çəkiyə malikdir. Bu tarixi hadisənin vəhdət-yaradıcı və İranda İslam hərəkatına təkan verən amil olması nəzərə alınaraq hər il 18 Fevral qiyamı milli səviyyədə qeyd olunur. Bununla əlaqədar bir neçə ildir ki, Şərqi Azərbaycan əhalisinin nümayəndələri İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahül-Üzma Xameneinin qəbulunda olaraq o həzrətlə və inqilabın amalları ilə beyətini təzələyir, bundan sonra da İslam İnqilabının dəyərləri yolunda hər cür canfəşanlığa hazır olduğunu élan edir. Artıq ənənəvi hal almış 18 Fevral görüşlərindən biri bu gün Tehranda təşkil olunub və qəbulda Şərqi Azərbaycan əhalisinin kütlələrindən minlərlə insane hazır olub.

 İslam İnqilabının Böyük Rəhbəri Təbriz əhalisinin 29 Bəhmən 1356-cı il qiyamının ildönümü münasibətilə baş tutan bu görüşdə öncül olmağı, vəziyyəti düzgün dəyərləndirməyi bacarmağı, lazım olan anda hərəkətə keçməyi, şücaətli və həqiqi iman sahibi olmağı Azərbaycan və Təbriz əhalisinin müxtəlif dövrlərdə nümayiş etdirdiyi üstün xüsusiyyətlərdən adlandırıblar.

Beləliklə də aydın olur ki, hədəflər yolunda yenilikçi işlərin görülməsi, öncül və irəlikeçənolma, vaxtında addım atıb, mövqeyi tanıma, şücaət, dini qeyrət və dərin dini iman 29 Bəhmən qiyamında Təbriz və Azərbaycan əhalisinin qabarıq xüsusiyyətlərindən olmuşdur. İnqilab Rəhbərinin tövsiyələrinə görə, heç vaxt 29 Bəhmən qiyamının birlik, həmrəylik və ahəngdarlıq müraciəti unudulmamalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə