Çərşənbə, 03 Yanvar 2018 16:15

Ayətullah Nimrin şəhadətinin ildönümüdür

Ayətullah Nimrin şəhadətinin ildönümüdür

Nimrin şəhadətinin ildönümü münasibətilə paylaşdığı mesajında belə qeyd edib: “Ərəbistanın nüfuzlu dini liderinin şəhadətinin ildönümü, məzlumlara kömək etmək və məhbuslara diqqət etmək üçün bütün azad insanlara stimul olmalıdır”.Parstoday

Taha Əl-Hacı Twitter-dəki səhifəsində bunları yazıb: “Hamımız 33 nəfər barədə edam qərarı dəqiqləşən məhkumlar olmaqla, edama mahküm edilənlərin azadlığı və sərbəst buraxılması üçün səy etməliyik.

Ayətullah Nimr məzlumun rəngi, irqi və məzhəbi nə olmasından asılı olmayaraq, məzlumlara kömək etmək yolunda şəhid oldu.

Biz bu gün şəhid ayətullah Nimrin şəhadətinin ildönümü mərasimlərinin Şərqi Asiyada, Amerikada, Avropada və Yaxın Şərqdə keçirildiyinə şahid oluruq və bu mərasimlərdə hər kəs, şəhid Nimrin zalımlar qarşısındakı qətiyyət və cəsarətini təqdir edir və tərifləyirlər”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi ayətullah Nimr Baqir Ən Nimr 2016-cı ilin yanvar ayının 2-də terror aktları etməyə cəhd etməkdə ittiham olunaraq, edam edilmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə