Şənbə, 30 Dekabr 2017 11:43

Bu gün 9 dey qəhrəmanlığının ildönümü günüdür

Bu gün 9 dey qəhrəmanlığının ildönümü günüdür

Bu gün dekabrın 30-u islami İran xalqının 1388-ci hicri şəmsi ili 9 dey yürüşündə inqilab tarixində dönüş nöqtəsi və İran xalqının iftixarlarında növbəti qızıl səhifə olan geniş yürüşünün ildönümü günüdür.

9 dey qəhrəmanlığı islam prinsipləri və inqilab amallarını mühafizə üçün canından belə keçməyə hazır olan xalqın izzəti, müstəqilliyi və bəsirətinin simvoludur. İran xalqı düşmənin onun dini qarşısında duracağı təqdirdə bütün dünya qarşısında dayanacağını fəryad etdi. 

9 dey islam inqilabının tarixində bəsirət günü olaraq əbədiləşdi və növbəti yəumullaha çevrildi. 

Belə bir tarixi gündə islami İran xalqı növbəti qəhrəmanlıq hadisəsini yaratdı və Allahın və onun dininin düşmənlərini məyus edərək imam zamanın(əc) və onun haqlı naibi islam inqilabının rəhbəri Həzrət Ayətullah Xameneinin ürəyini sevindirdi. 

9 dey İran xalqının fitnə başçılarına yox deməsi və islami quruluşu təsdiqləməsi, xalqın həzrət imam Xomeyni(r.ə) və islam inqilabının dahi rəhbərinin amalları ilə yenidən beyəti günüdür. 

Şərh yaz


Məxfi kod
Yenilə