Şənbə, 07 Oktyabr 2017 12:19

Cəlal Talabani kimdir?

Cəlal Talabani kimdir?

Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani, daha sonra liseyi Erbil və Kərkükə oxudu. 1946-ci ildə hələ 13 yaşındaykən Kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə girdi və 18 yaşına gəldiyində partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir posizyonda olduğundan hüquq təhsilinə davam edə bilmədi. 1953-ci ildə məktəbə geri dönməsinə icazə verildi ancaq Kürdüstan Tələbə Birliyinin Tələbə Birliyində Baş katib olaraq vəzifə etməsinə icazə verildi. Məktəb həyatı müddətin tərəfindən"Khabat"və"Kürdüstan"adlı iki nəşrdə redaktorluq etdi.

1961-ci ildə İraqda Abdülkərim Kasım hökumətinə qarşı üsyana qatılan Talabani 1963-cü ildə Kasımın devrilməsindən sonra ölkənin yeni lideri olan Abdüssəlam Ariflə müzakirələr aparan kürd nümayəndə heyətinə rəhbərlik edib.

Talabani ilə Kürd Demokrat Partiyasının (KDP) başqamı olan Mustafa Bərzani arasındakı fikir ayrılığı 1975-ci ildə pik həddə çatdı. Həmin ildə Talabani gələcək qayınatası İbrahim Əhmədin rəhbərliyi ilə qurulan təşkilata qoşuldu və Kürdüstan Yurdseverler Birliyini (KYB) təsis etdi.

Talabani KYB-nin sosialistyönümlü partiya olacağını, KDP-nin etnik siyasətini təkrarlamayacaqlarını bəyan etdi. KYB 1976-cı ildə Bağdat hökumətinə qarşı silahlı mübarizəyə başladı. 1988-ci ildə Bağdad hökuməti kürdlərə qarşı kimyəvi silahdan istifadə etməklə KYB-yə ağır zərbə vurdu. Bərzani və KDP-yə Türkiyə, Talabaniyə isə İran sahib çıxdı.

Körfəz müharibəsi zamanı Barzanı siyasi kursuna dəyişiklik etdi. İraqa müdaxilə edən Qərbin sayəsində ölkənin şimalında təhlükəsiz bölgə yaradıldı və bununla da KDP ilə KYB arasındakı buzlar qismən əridi. 1992-ci ildə İraq Kürd Muxtariyyəti yaradıldı.

Amma Bərzani ilə Talabani arasında razılıq uzun sürmədi və 1994-cü ildə münaqişə yenidən başladı. ABŞ-ın ciddi müdaxiləsindən sonra Talabani və Məsut Barzani 1998-ci ildə Vaşinqtonda sülh sazişi imzaladılar.

Talabani ABŞ və İngiltərənin rəhbərliyi altında qurulan Çoxtərəfli Koalisiya Qüvvələrinin İraqa müdaxilə etməsinə ən çox dəstək verən kürd siyasətçisi oldu.

KYB Türkiyədə terror aktları törədən PKK-ya dəstək verdi, Bərzani isə əksinə, PKK-nın əməllərini pislədi. 30 il boyunca Türkiyədə terror aktları törədən PKK ilə Ankara arasında sülhün əldə olunması üçün aparılan danışıqlarda Talabani də bir neçə dəfə iştirak edib.

Sabiq Türkiyə prezidenti Turqut Özalın 1991-ci ildə PKK ilə sülh danışıqlarında Talabani əsas vasitəçilərdən biri idi.

2003-cü ildə ABŞ-ın İraqa girməsində və Səddam Hüseynin edam olunmasında Talabani və digər kürd fəalların önəmli rolları oldu.

Talabani Səddamın məhkəmə prosesi müddətində İraqın yeni konstitusiyası və siyasi doktrinasını hazırlayan Şuranın üzvlərindən biri idi.

Talabani 6 aprel 2005-ci ildə İraq Milli Məclisi tərəfindən prezident seçildi. 2012-ci ildə Amerika səfəri zamanı beyin qanaxması diaqnozu ilə xəstəxanaya aparılan Talabani müalicəsini Almaniyada davam etdirdi. Səhhəti yaxşılaşandan sonra İraqın Süleymaniyə şəhərinə geri döndü. Amma onun səhhəti vəzifəsini davam etdirməyə imkan vermədi. 2014-cü ildə keçirilən seçkilərdə Talabaninin uşaqlıq dostu, kürd namizəd Fuad Masum qələbə qazandı. Talabani isə, aktiv olmasa da sonrakı siyasi proseslərdə iştirak edirdi. Yenə də səhhəti ilə əlaqədar Almaniyaya gedirdi. Cəlal Talabani 12 noyabr 2017-ci ildə 83 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişmişdir.

 

Mənbə: Vikipediya

Şərh yaz


Məxfi kod
Yenilə