Çərşənbə, 30 Avqust 2017 10:44

Rəcayi və Bahünərin şəhadətinin ildönümü günü; İranda terrorizm ilə milli mübarizə günüdür

Rəcayi və Bahünərin şəhadətinin ildönümü günü; İranda terrorizm ilə milli mübarizə günüdür

Bu gün çərşənbə 2017-ci miladi ili avqustun 30-u 36 il öncə İranın prezidenti və baş nazirinin terror edilərək şəhid edilməsinin ildönümü günü, İranda terrorizm ilə milli mübarizə günü kimi qeyd olunur.

1981-ci hicri şəmsi ili şəhrivərin səkkizi İranın fəaliyyətdə olan prezidenti Məhəmmədəli Rəcayi və Baş naziri Məhəmməd Cavad Bahünərin , nazirlər kabinetinin üzvlərindən ibarət bir qrupla birlikdə baş nazirlik binasında törədilən terror aktı nəticəsində şəhid olmalarının ildönümü gününə təsadüf edir. Bu partlayış münafiqlər terror qruplaşması tərəfindən həyata keçirildi. 

Bu iki şəhidin bioqrafiyasını və xatirələri ilə tanış olduqda onların güclü imana, xalqa dərin məhəbbətə, qayğıkeşliyə, sədaqətə və yorulmaz iradəyə malik olduqlarını müşahidə etmək olar. 

Bu iki şəhidin xatirəsinin İran xalqının yaddaşında həmişəli olaraq yaşamasının səbəbi onların xalqın dərdini yaxşı bilmələri və tam səmimi şəkildi xalqa minnətsiz xidmətə səy göstərmələri idi. 

Şəhidlər Rəcayi və Bahünər Allah Taalaya təvəkkül edərək öz bilik və bəsirətləri ilə İranın tərəqqi və inkişafı uğrunda hərəkət etdilər və bu da islam düşmənlərinin gözlərinə ox kimi batmalarına səbəb oldu. Nəhayət terrorçu münafiqlər qruplaşması tərəfindən bu iki şəxsiyyətə qarşı terror planı hazırlandı. 

Terrorizm beynəlxalq ictimaiyyətin üz-üzə durduğu ən  əsas problemlərindən biri və xalqların hüquqlarına, beynəlxalq stabilliyə qarşı ən təhlükəli təhdiddir. Tarix boyu xüsusiylə son 100 ildə  beynəlxalq sülh və təhlükəsizliyə qarşı əsas təhdidlərin kökündə terrorizm durmuşdur. 

Şərh yaz


Məxfi kod
Yenilə