Bazar, 02 Yanvar 2022 21:59

Şəhid Qasim Süleymani kim idi?

Şəhid Qasim Süleymani kim idi?

Sosial mediada şəhid Süleymani haqda təəssüratlar və ürək sözləri geniş yayılır.

Bu günlərdə general Qasim Süleymaninin şəhadətinin ildönümündə sosial media istifadəçiləri, o cümlədən də azərbaycanlılar İslam dünyasının sərkərdəsi barədə öz düşüncələrini bölüşürlər.

Sosial media istifadəçiləri yazırlar: Hacı Qasimin həyat hekayəsi onun həqiqi həyat bioqrafiyasını əks etdirir və insanlara əxlaq, mərdlik və eşq dərslərini təqdim edir.

İranlı əfsanəvi sərkərdənin həyat dastanı həqiqi və ilahi eşqdən yaranmış bir dastandır. Onun hekayəsi həqiqi eşq hekayəsidir. O, öz həyatı boyunca məşuquna çatmaqdan ötrü heç nəyi əsirgəmədi. Şəhid Süleymani müqavimət hərəkatının beynəlxalq simasıdır.

Amansız terror aktı nəticəsində Şəhadətə yetişən Süleymaninin ölümü təkcə vətəni İranda deyil, bütün dünyada milyonlarla insanı göz yaşına boğdu.

Şəhid Süleymani müsəlman dünyasının, Əhli-Beyt aşiqlərinin sevimlisi, məzlumların pənahı və xilaskarı, İslam dünyasının ölməz qəhrəmanı kimi tarixə düşdü.

Qasim Süleymani bəşəriyyətin zərərli dəstələrinə aman vermədən müqavimətin nümunəsini yaşatdı, davam etdirdi və yeni zirvələrə ucaltdı.

Süleymani öz şəhadəti ilə amansız düşmən üzərində qələbənin yoluna nur çilədi.

Və nəhayət qeyd olunur ki, terrora qarşı mübarizə simvolu sayılan iranlı sərkərdə general Qasim Süleymanin rəşadətləri İkinci Qarabağ Müharibəsində Azərbaycan gəncləri üçün ilham mənbəyi olmuşdur.

Şərh yaz


Məxfi kod
Yenilə