VƏHDƏT HƏFTƏSİ

VƏHDƏT HƏFTƏSİ (3)

Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə, sünnilərin rəvayətinə görə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) mövludu ilə sabahdan viladət həftəsi başlanır.

Ömrünün bütün anları Allahın məxluquna rəhmətin gəlişi və hidayətin yayılmasından başqa heç nə üçün olmayan Peyğəmbərə salam və salavat.

Adı çəkiləndə salavatın çil-çıraqları bütün anlara şamil olur.

Şiə alimi deyib: Əziz peyğəmbər xüsusi baxışı ilə real birliyi yaratmaq üçün pullu və ya pulsuz, ağdərili və ya qaradərili arasında heç vaxt fərq qoymazdı.

Əllərimizi bir-birinə düyünləyirik və ürəkləri vəhdət sarayına aparırıq.

Sünni alimi deyib: Birincisi Quranın hökmüdür ki, müsəlmanların birliyi olmalıdır. İkincisi isə, kafirlərin hay-küyü, xüsusilə də ABŞ, cinayətkar sionist və İngiltərə islamın məhvi üçün səfərbər olublar. Buna görə, şiə və sünnidən təşkil olan müsəlmanların birliyi olmalıdır.

Başqa bir sünni alimi deyib: Bəzi müsəlmanlar sionist, İngiltərə və supergüclərə aldanırlar. Müsəlman olaraq, mömin olaraq müsəlmanlar arasında təfriqə salırlar. Bunların hər biri düşmənlərin muzdlusudur.

İndi isə, Ya Rəsulullah! doğum gününü qeyd etmək üçün sevgi və məhəbbət əlimizi dindaşlarımıza doğru uzadırıq.

Bir İran vətəndaşı deyib: Mən bu bayram münasibəti ilə istər şiə, istərsə sünni, bütün müsəlmanları təbrik edirəm. Ümid edirəm ki, İranda həmişə sülh və dinclik içində yaşayacaqlar.

Başqa bir iranlı deyib: Vəhdət Həftəsi münasibəti ilə bütün müsəlmanları təbrik, bu gül çələngini əziz tamaşaçılara təqdim edirəm.

Mehriban Allaha şükürlər olsun ki, sonuncu peyğəmbəri dünya müsəlmanlarının vəhdət sərmayəsi və əzəmətinin ehtiyatı qərar verdi.

 

Müsəlmanlar arasında vəhdət İslamın mühüm mövzularındandır. İran İslam İnqilabının qələbəsindən sonra müsəlmanların vəhdəti yolunda ciddi addımlar atıldı. Vəhdət strateji bir məsələ idi. İnqilabın ümumbəşəri mahiyyətinin təyinində vəhdət prinsipial mövzulardan idi. İmam Xomeyni (r) şah rejiminin süqutu və İslam Hökumətinin təsisindən sonra İslam briliyi bayrağı qaldırıb ictimai sistemdə qlobal islahatlara başladı. İslam hərəkatının ən səmərəli tövhələrindən biri vəhdət həftəsi oldu. Bu islahat təkcə İran yox, bütün İslam dünyası üçün həyati məsələ idi. Vəhdət həftəsi günlərini yaşayırıq və bu günləri əhəmiyyətli sayıb İslam birliyi üçün çalışmağımız zəruridir.

Vəhdət həftəsi İslam birliyi yolunda çalışanlar, o cümlədən imam Xomeyninin (r) əziz xatirəsinin yada salınması üçün mühüm fürsətdir. Bu günlər həm də İslam birliyi kimi müqəddəs hədəfin riallaşmasında əhəmiyyət daşıyır. Bu kiçik məqalədə vəhdət həftəsinin mahiyyətini nəzərdən keçirəcək, bu birliyə mane olan amillərə nəzər salacağıq.

Şübhəsiz ki, kütləvi informasiya vasitələrinin vəhdət həftəsinin işıqlandırılmasında ağır məsuliyyəti var. Xüsusilə televiziya insanların vəhdət həftəsi ilə tanışlığında dəyərli işlər görə bilər.

Vəhdət həftəsinə əhəmiyyət vermək, onun cəmiyyətdə yaşanması və dünyaya yayılması yolunda təlaş göstərmək İslam hökumətinin prinsipial siyasətlərindəndir. Mətbuat da bu işdə öz missiyasını yerinə yetirməlidir. Vəhdət həftəsi İslam birliyinin iki əsas toplumu olan şiə və sünnə əhli arasında qardaşlığın təminatçısıdır. Şiə və sünnə əhli cəmiyyətlərində vəhdət düşüncəsinin köklü şəkildə yer alması üçün zəruri addımlar atılmalıdır. Vəhdət həftəsi sadə bir mövzu deyil və mütəxəssislər bu mövzunun cəmiyyətə transformasiyasında öz işini görməlidir.

Böyük Rəhbər Ayətullahul-üzma  Xamenei vəhdəti fəlsəfəsi ilə bağlı buyurur: "Bizim ideoloji, etiqadi, ictimai və elmi baxışlarımızın bünövrəsi olan tövhid vəhdətdədir. Şirk üzərində qurulmuş cəmiyyətdə insanlar arasında fərqlər yaranır. Tövhid cəmiyyətində yaranışın başlanğıcı, varlıq, dünyaya müdiriyyət bir Allahın ixtiyarındadır. Varlıq aləmində baş verən bütün hadisələr Onun iradəsindən asılıdır. Tövhid cəmiyyətində insanlar təkbəktək Allaha bağlandığından onlar arasında rabitə mövcuddur. Onlar eyni bir mənbədən yardım alırlar. Vilayətin də mənası budur. Vilayət deyəndə sıx rabitə, qırılmaz bağlar nəzərdə tutulur. İslam cəmiyyətində vilayət mövcuddur. Yəni bu cəmiyyətin bütün üzvləri eyni bir mərkəzə bağlıdır..."

Əsl vəhdət dərin və büdrəmələrdən uzaq baxışa ehtiyaclıdır. Bunun üçün mərifət lazımdır. Şiə və sünnə əhli arasında vəhdət ruhiyyəsinin hakim olması üçün bu toplumlarda prinsipial islahatlar aparılmalıdır. Hər iki cəmiyyətdə vəhdətə mane olan amillər var və bu amillər arasında vəhabi təfəkkürü əsas yer tutur.

Müsəlmanlar arasında vəhdət üçün ən məqbul amil bir Allah, bir Peyğəmbər və bir kitaba etiqaddır. Həzrət Peyğəmbərin (s) bütün bəşəriyyətin vicdanına ünvanlanmış mübarək kəlamı var. Bu kəlam bəşəriyyəti parçalayan, onlar arasında təfriqə salan millətçilik, tayfaçılıq qaranlıqlarını öz nurunda əridir. Kor olsun o gözlər ki, imanlı insanları qardaş simasında görmür! Sınsın o əllər ki, ümmət arasında təfriqə toxumu səpir. Müsəlmanlar yaddan çıxarmasın ki, onlar cəhalət və təfriqə qaranlığında azdıqları bir zaman Allah-Taala onlara peyğəmbər göndərib, aralarında mehribanlıq bağları yaratdı. Həzrət Peyğəmbər (s) "la ilahə illəllah" şüarı ətrafında bütün insanları birlik və qardaşlığa çağırdı.

Vəhdət həftəsi İslam İnqilabının banisinin yadigarıdır. İmam Xomeyni (r) bütün müsəlmanların qardaşlıq şüarını vəhdət həftəsi ilə gündəmə gətirdi. Bilməliyik ki vəhdətə təmayül dərin baxışdan, ixtilafa rəğbət səthi düşüncədən yaranır. Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır. Vəhdət həftəsinin şüarı budur ki, biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər buyruqları sayəsində birliklərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.

Quran buyruqlarını həyat şüarına çevirənlər üçün eniş-yoxuşlu yollarda qorxu yoxdur. İslam ümməti la ilahə illəllah şüarı altında dünya imperializminə, küfr dünyasına qalib gələ bilər. Əgər bu gün Fələstin və İraqda

qurbanlar veririksə bunun əsas səbəbi vəhdətin olmamasıdır. Görün Qəzzə zolağında nələr baş verir! Bu xalq İslam ümmətinin bir parçasıdır. Əgər müsəlman dünyası məsuliyyət hissi ilə bu günahsız insanların müdafiəsinə qalxmasa ümmətin aqibəti daha acı olacaq.

Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, həzrət Peyğəmbər, imam Cəfəri-Sadiq məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır. Böyük Rəhbər Ayətullah Xamenei buyurur: "Bu tövhid prinsipi və Allahın birliyinə etiqad İslam cəmiyyətinin əksər fərdi və ictimai sahələrinə təsirlidir. Vəhdət sayəsində İslam cəmiyyətində həmahənglik yaranır..."

İslam dünyasının birliyi Əllamə İqbal Lahurinin əsas fəaliyyət istiqamətlərindən olub. Bu böyük mütəfəkkir və şairin nəzərincə, müsəlmanlar vahid ümmətdir və onları sərhədlərlə ayırmaq olmaz. Müştərək dəyərlər müsəlmanların iftixarıdır. İqbal Lahuri inanırdı ki, İslam dəyərlərini parçalmaq qeyri-mümkündür. Yəni müsəlman dünyası böyük bir ailədir, onların sevinci də, qəmi də müştərəkdir. Lahuri bu dəyərləri sübh şəbnəminə (şehinə) bənzədərək deyirdi ki, Hicaz, Çin, İrandan olan bizlər bir sübh şehini yaşayırıq.

İslam dünyasının problemlərinin həllində ən önəmli iş vahid İslam cəbhəsinin yaradılmasıdır. Böyük Rəhbər bu barədə buyurur: "Dünya müsəlmanları bir araya gəlməli, düşmənçilik etməməlidir. Mehvərimiz Allahın kitabı, Peyğəmbər sünnəsi, İslam şəriətidir. Müsəlmanlar öz həyatlarını İslam prinsipləri üzərində qurmalıdır ki, bütün sahələrdə uğur qazansınlar. Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı, imperializmin oxları daşa dəyərdi."

Müsəlmanlar arasında vəhdətin bərpası üçün əsas işlərdən biri təfriqə yaradan ədəbiyyatın qarşısının alınmasıdır. Böyük Rəhbər buyurur: "Görüləsi işlərdən biri təfriqə yaradan kitabların qarşısını almaqdır. Həm şiə, həm də sünnə əhli arasında bu iş görülməlidir. Arada düşmənçilik yaratmaq üçün kitablar yazılır, pullar xərclənir. Əgər bacarırıqsa bunun qarşısını almalıyıq. Dünyanın müxtəlif nöqtələrində mənə göndərilən kitablardan aydın olur ki, ümmət arasında kin-küdurət yaratmaq üçün çalışanlar var."

İmam Xomeyni (r) daim ümmətin vəhdətini parçalayan amillərin üzə çıxarılması və bu amillərlə mübarizənin zəruriliyini yada salırdı. İmam (r) müsəlmanlar arasında ixtilafı onların əsas probelmi kimi qeyd edirdi. İmam düşünürdü ki, bu ixtilafların daxili və xarici kökləri var. Söhbətlərindən birində belə buyurmuşdu: "İslamı əsl yolundan döndərməklə, ümmət arasında təfriqə yaratmaqla ən böyük iqtidar amili olan din qardaşlığını, müsəlman birliyini səhnədən tədricən çıxardılar."

Hazırkı şəraitdə İslam dünyasının əsas problemi məzhəblər arasında ixtilafdır. Böyük Rəhbər buyurur: "Doğrudan da, məzhəblər arasında ixtilaflı durum təəssüf yaradır. Tarix boyu müsəlmanların istedadları təfriqələrə sərf olunub. Məzhəblər arasında qarşıdurmalar dünyanın super gücləri tərəfindən idarə olunur. Bəni-Abbas dövründən başlayaraq müxtəlif əqidə sahiblərini bir-biri ilə qarşı-qarşıya qoyublar. Əgər bu cəmiyyətlər sülh və həmkarlıq şəraitində yaşasaydılar heç bir problemləri olmazdı. Bu gün də müsəlmanları parçalamaq üçün ikiqat təlaş göstərirlər. Müsəlmanların vəhdətə ehtiyacı artdıqca düşmən də öz səylərini artırır.

Şübhəsiz ki, müsəlmanların müvəffəqiyyəti onların ictimai birliyindən asılıdır. Əgər müsəlmanlar parçalansalar qeybi yardımlardan məhrum olacaqlar. Ümmət Quran və Peyğəmbər sünnəsi, Məsumların həyat yolunu əsas götürdükdə qeybi yardımlardan bəhrələnir. Cənab Rəhbər buyurur: "Əməli yaxınlaşma, yəni müsəlmanların həmkarlığı ortadakı fərqləri aradan qaldırır. Biz xüsusilə İslam İnqilabından sonra cəmiyyətimizdə şiə və sünnə əhli arasında qardaşlığa şahid olduq. Onlar elm, siyasət və digər sahələrdə elə həmkarlıq edirlər ki, sanki aralarında məhzəb fərqi yoxdur."

Şəhid Seyid Məhəmmədbaqir Sədr müsəlman toplumuna ehtiram arxasında İslam dəyərlərinin dayandığını buyurur. Alimin nəzərincə, bəzi İslam hərəkatlarının müvəffəqiyyətsizliyinin əsas səbəbi onların İslam düzgün tanımamasıdır. Şəhid Sədr düşünür ki, müsəlmanlar yalnız vəhdət sayəsində böyük uğurlara imza ata bilərlər. Müsəlman alimlər arasında rabitə, dini şəxsiyyətin dirçəldilməsi, müştərək düşmənin tanınması, məzhəblər arasında qarşılıqlı hörmət, hissləri qızışdırmamaq, danışıq və yazıda nəzakət, beynəlxalq konfransların təşkili, milli təəssüblə mübarizə şəhid Sədrin vəhdət yolunda tövsiyələrindəndir.

İslam bizi hər şeydən öncə birliyə dəvət edir - "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).

Həzrət Məhəmmədin(s)doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiələvvəl ayının 12-si və 17-si qeyd olunur. Bu səbəbdən mövlud günləri hər il həftə ərzində qeyd olunur və “Vəhdət həftəsi”adlanır. Vəhdət həftəsi bütün İslam dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli tədbirlərin icrası üçün münasib bir fürsət yaranıb.

İslamın insaniyyətə nicat verəcək ümumbəşəri bir din olaraq tanıdılması üçün müsəlmanlar arasında olan vəhdət əhəmiyyətli bir məsələdir və  müsəlmanlar bu yolda ciddi addımlar atmalıdırlar. Müsəlmanların vəhdəti bütün İslam dünyası üçün həyati məsələdir. "Vəhdət həftəsi" günlərini yaşayırıq və bundan layiqincə istifadə edib İslam birliyi üçün çalışmağımız zəruridir.

Vəhdət həftəsi İslam dininin müqəddəs hədəflərinin yada salınması üçün mühüm bir fürsətdir.Kütləvi informasiya vasitələri cəmiyyətin İslamın vəhdət prinsipləri ilə tanışlığını yolunda dəyərli işlər görə bilər.

Peyğəmbərin mövlud həftəsi  İslam birliyinin iki əsas toplumu olan şiə və əhli-sünnə  arasında qardaşlığın təminatısı kimi çıxış edə bilər.Bunun üçün həm şiə və həm də əhli-sünnə toplumları tərəfindən köklü şəkildə zəruri addımlar atılmalıdır.Nufuzlu din alimləri ziyalılar,ağsaqqallar bu mövzunun cəmiyyətə təşəkkül tapması üçün gərgin iş aparmalıdırlar.

Əsl vəhdət  büdrəmələrdən uzaq bir baxışa ehtiyaclıdır.Müsəlmanlar arasında vəhdət ruhiyyəsinin hakim olması üçün prinsipial islahatlara ehtiyac var. Nəzərdən qaçırılmamalıdır ki, hər iki toplum arasında vəhdətə mane olan amillər arasında radikal təfəkkürə mənsub baxışlar mövcuddur və bəzi qüvvələr bundan məharətlə istifadə edərək müxtəlif  təkfirçi və radikal cərəyanlar vastəsi ilə məzhəblər arasında olan münasibətləri qızışdıraraq münaqişə ocaqları yaradırlar.Müsəlmanların müvəffəqiyyəti isə onların ictimai birliyindən asılıdır.

Müsəlmanların vəhdəti üçün bir Allah, bir Peyğəmbər və bir kitaba etiqaddır. Həzrət Peyğəmbərin (s) bütün bəşəriyyətin vicdanına ünvanlanmış mübarək kəlamı var. Bu kəlam bəşəriyyəti parçalayan,təfriqə salan təkfirçilik,məzhəbçilik, millətçilik  qaranlıqlarını öz nurunda əridir. Müsəlmanlar unutmamalıdırlar ki,bəşəriyyət cəhalət və təfriqə qaranlığında olduqları bir zaman Allah-Taala onlara peyğəmbər göndi və əmin-amanlıq bağları yaratdı. "la ilahə illəllah" kəlməsi bütün insanları birlik və qardaşlığa səsləyir.

Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır. Vəhdət həftəsi biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər təlimlərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.Müsəlmanlar vahid ümmətdir və müştərək dəyərlər müsəlmanların iftixarıdır.Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı və müsəlmanlar vahid bir ümmət kimi təşəkkül tapardılar.

İslam ümməti Quran və Peyğəmbər sünnəsi, Məsumların həyat yolunu əsas götürdükdə qeybi yardımlardan bəhrələnir.Müsəlmanlar parçalandıqları zaman isə qeybi yardımlardan məhrum olurlar.  Əməli yaxınlaşma və müsəlmanların həmkarlığı ortadakı fərqləri aradan qaldırır.

Müsəlman alimlər arasında rabitə, məzhəblər arasında qarşılıqlı ehtiram, hisslərini qızışdırmamaq, danışıq və yazıda diqqətli olmaq,seminar və konfransların təşkili, yersiz milli təəssüblə mübarizə vəhdət yolunda həyata keçirilməlidir.Müsəlmanların birliyi üçün hamımız səy göstərməliyik.

İslam bizi hər şeydən öncə birliyə dəvət edir: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).