MƏBƏS BAYRAMI

MƏBƏS BAYRAMI (7)

Qurani-Kərimə əsasən, besətin, yəni peyğəmbərlərin Allah-Taala tərəfindən göndərilməsinin hədəfləri aşağıdakılardan ibarətdir:

1. Tövhid ideologiyasının möhkəmlənməsi və bu məsələ ilə bağlı qarşıya çıxan hər növ azğınlıqla mübarizə aparmaq: “Nəhl” surəsinin 36-cı ayəsində buyurulur:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ...

“Biz hər ümmətə: “Allaha ibadət edin, “tağut”dan çəkinin! – deyə peyğəmbər göndərmişdik...”

İlahi peyğəmbərlər daim müşriklər və zalımlarla mübarizə aparmış və bu yolda ağır əzab-əziyyətlərə məruz qalmışlar.

2. İnsanları qeybi xəbərlərlə, ilahi mərifət və düzgün tərbiyə yolları ilə tanış etmək: “Cümə” surəsinin 2-ci ayəsində buyurulur:

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

“Ümmi xalqın özünün içindən bir peyğəmbər göndərən Odur. Bu peyğəmbər Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) təmizləyir, onlara kitab və hikməti öyrədir.”

3. Cəmiyyətdə ictimai ədaləti bərqərar etmək: “Hədid” surəsinin 25-ci ayəsində belə buyurulur:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ...

“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan (ədalət tərəzisi) nazil etdik ki, insanlar (bir-birilə) ədalətlə rəftar etsinlər...”

4. İxtilaflı məsələlərdə düzgün mühakimə yürütmək: “Bəqərə” surəsinin 213-cü ayəsində buyurulur:

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ...

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasında, onların ixtilaflı olduqları məsələlər barədə mühakimə yürütmək üçün, O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi…”

Şübhəsiz, bu ixtilaflar yalnız cəmiyyətin etiqadi məsələlərinə aid deyil, həm də həyatın müxtəlif sahələrinə ehtiva edir.

5. İnsanlara höccəti tamamlamaq və bəhanə yollarını kəsmək: “Nisa surəsinin 165-ci ayəsində buyurulur:

رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا

“Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir höccət və bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir!

Rza Şükürlü (Maide.az)

 

Hikmətli Allah insanın səadət və təkamülə yetməsi, hidayət tapması və doğru yolda addımlaması üçün müqəddəs insanlar göndərmiş və qeybi xəbərləri insanlara çatdırmaq üçün onları vasitə qərar vermişdir. Həmin müqəddəs şəxslər peyğəmbərlərdir. Peyğəmbərlik məqamı İslamın əziz peyğəmbəri həzrət Muhəmmədin (s) dövrünədək davam etmiş və o həzrətin peyğəmbərliyi ilə sona yetmişdir.

İnsan yaradılışı hikmətli Allahın feli və işi olduğundan, təbii ki, səbəbsiz və hədəfsiz deyildir. İnsan heyvanla müştərək olduğu nəfsani istəklərdən əlavə, əql və idrak qüvvəsinə də malikdir. Odur ki, insan yaradılışında ağlabatan bir səbəb olmalıdır. Digər tərəfdən, insan ağlı və düşüncəsi onun təkamülə yetməsində təsirli şərt və zəruri səbəb olsa da, kafi deyildir. İnsanın hidayətində əql və düşüncə ilə kifayətlənilərsə, o, əsla təkamülə yetə bilməz. Daim bəşəri maraqlandıran məsələlərin ən önəmlisi olan “məbdə” (Allah) və “məad” (axirət həyatı) buna bir misaldır. İnsan həmişə bilmək istəyir ki, haradan gəlib, nə üçün gəlib və hara gedəcək?

Əql və düşüncə təklikdə bu suallara mükəmməl cavab verməyə qadir deyildir. Müasir insanların elm və texnologiya sahəsində yüksək nailiyyətlər əldə etməsi, elmi-texnoloji tərəqqiyə çatmasına rəğmən, hələ də insan cəmiyyətinin bir çox hissəsinin bütpərəst olması bu müddəaya açıq-aşkar bir sübutdur.

Əql və düşüncə yalnız “məbdə” və “məad” predmetində deyil, həm də həyati məsələlərin çoxunun həllində də acizdir. İnsanların iqtisadiyyat, əxlaq, ailə münasibətləri və s. bu kimi məsələlərdə ixtilaflı və fərqli fikirləri əqlin bu məsələləri düzgün dərk edə bilmədiyini göstərir.

Beləliklə, sağlam əqlin hökmünə əsasən, Allahın hikməti insanlara düzgün həyat tərzini öyrətmək və aşılamaq üçün ilahi rəhbərlər göndərilməsini tələb edir. Çünki:

1. Bəşər elmi və əqli insanı mükəmməl tanımaqda, varlıqların sirrini kəşf etməkdə acizdir. Halbuki yaradan Allah insan vücudunun bütün sirlərindən tam agahdır. Qurani-Kərimin “Mülk” surəsinin 14-cü ayəsində buyurulur:

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

“Məgər yaradan (öz yaratdığı hər şeyi) bilməzmi? Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır.”

2. İnsan nəfsani istək və meyillərinin tələbinə əsasən, daim şəxsi mənafeyini güdür və müəyyən tədbir zamanı şəxsi və ümumi mənafelərin təsir dairəsindən tam surətdə ayrıla bilmədiyindən, bəşəri tədbirlər və proqramlar yüksək səviyyədə ola, eyib və nöqsandan kənarda qala bilməz. Peyğəmbərlərin tədbir və proqramları isə Allah tərəfindən olduğu üçün hər növ eyib və nöqsandan uzaqdır. Demək, bəşəriyyət aləmi ilahi hidayətlərdən və peyğəmbərlərin proqramlarından əsla ehtiyacsız omayıb və olmayacaq da! (“Mənşuri əqaide imamiyyə” (İmamiyyə şiələrinin əqidələri), Ayətullah Cəfər Sübhani, səh.97-99.)

TəbrizRadiosu--Həzrət Mohəmməd Peyğəmbər (s) yeniyetməlik dövründən başlayaraq camaatdan ayrılıb tənhalığa qapılmağı və öz düşüncələrinə qərq olmağı xoşlayırdı.

Gənclik illərində Onun ən sevimli düşüncə və istirahət yeri Məkkə ətrafındakı Həra dağının mağarası idi. Məkkə bütpərəstlərinin cahilliyi, əxlaqa zidd hərəkətləri Peyğəmbərimizin qəlbində kəskin etiraz və qəzəb hissi doğururdu. Belə anlarda O, Həra dağına pənah aparır, orada öz böyük Yaradanına dua və ibadət edirdi. Həzrət Mühəmməd (s) hər ilin bütöv bir ayını mağarada ibadətlə keçirir, ay qurtarandan sonra mağaradan enib şəhərə qayıdır, əvvəlcə Kəbəni ziyarət edir, yalnız bundan sonra evinə gedirdi. Həmin vaxtlar Mühəmməd (s) ağacların, daşların: “Salam olsun sənə, ey Allahın rəsulu!” – deyə Onu salamladıqlarını eşidirdi. Bu yolla Allah öz gələcək peyğəmbərini Cəbrayıl (ə) mələklə görüşə hazırlayırdı.

Həzrət Muhəmməd (s) 40 yaşına çatanda Allah-təala Ona ilk vəhyi nazil etdi.bu hadisə hicrətdən 13-il qabaq Rəcəb ayının 27-də baş verdi.

Həmin gün Peyğəmbərimiz adəti üzrə Həra mağarasında oturub öz düşüncələrinə dalmışdı. Bu zaman Allahın ən şərəfli mələyi Cəbrayıl (ə) insan qiyafəsində Onun gözünə göründü və əlində tutduğu kitabı Ona göstərib dedi: “Oxu!” Peyğəmbərimiz yazıb-oxumağı bacarmadığı üçün heyrətlə soruşdu: “Nəyi oxuyum?” Cəbrayıl (ə) ikinci dəfə “Oxu!” – deyə israr etdi. Peyğəmbər acizliklə eyni sözü söylədi: “Axı nəyi oxuyum?” Mələk üçüncü dəfə gözəl səslə ilk vəhyi – Qur’ani-kərimin 96-cı “Ələq” surəsinin ilk beş ayəsini oxudu: “Yaradan Allahın adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Allahın ən kəramətlidir. O, insana qələmlə yazmağı öyrətdi. O, insana bilmədiklərini öyrətdi”.

Cəbrayılın (ə) ardınca Həzrət Muhəmməd (s) də ayələri təkrar etdi. Sonra mələk gözdən itdi və Peyğəmbər mağaradan çıxıb özünü itirmiş halda evə tərəf üz tutdu. Evin qapısında Onu həyat yoldaşı Xədicə qarşıladı. Xədicə Mühəmmədin (s) gec qayıtmasından narahat olub ardınca adam göndərmişdi, amma göndərilən adam şəhər ətrafında çox gəzsə də, Peyğəmbəri görməyib geri dönmüşdü.

Həzrət Məhəmməd (s) mələklə qəfil görüşdən özünü itirmişdi. Ona görə də yorğunluq hiss edib, dincəlmək üçün uzandı. Bu arada Xədicə əmisi oğlu, mütərəqqi fikirli, təkallahlı əqidəsinə malik olan Vərəqə ilə görüşüb əhvalatı ona danışdı. Vərəqə əmisi qızının inamını daha da dərinləşdirib söylədi ki, Muhəmməd (s) həqiqətən peyğəmbərliyə təyin edilmişdir, çünki onun başına gələn hadisə yalnız peyğəmbərlərə aiddir.

Xədicə əmisi oğlugildən evə qayıdan kimi Həzrət Mühəmmədin (s) peyğəmbər olduğuna və uca Allah tərəfindən bu məqama təyin edildiyinə iman gətirib İslamı qəbul etdi və ilk müsəlman oldu.

 

 

Məbəs bayramı

 

Aləmi ehya edən nemətdi Məbəs bayramı
Bu tükənməz feyzidi, rəhmətdi Məbəs bayramı

İstəsən ruhani aləm, Məbəs eşqiylə yaşa
Cənnət axtarsan əgər cənnətdi Məbəs bayramı

Nəfsi məğlub eylədin “inna fətəhna”-dır bu gün
Əqli sultan eyləyən izzətdi Məbəs bayramı

İnsan qədro kəramət bəxş edən gövhərdi qəlb
Qəlbi qiymətləndirən dövlətdi Məbəs bayramı

 

Seyyid Əli Əkbər Ocaqnejad

Təbriz Radiosu--27 rəcəb Həzrət Məhəmmədə peyğəmbərlik verilən gündür

``(Ya Məhəmməd!) De: Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş pey-ğəmbəriyəm. (O Allah ki,) göylərin və Yerin hökmü Onundur, Ondan başqa heç bir Tanrı yoxdur. O, dirildir və öldürür. Buna görə də, Allaha və Onun sözlərinə (ayələrinə, nazil etdiyi kitablarına) inanın, Peyğəmbərinə iman gətirin və Ona tabe olun ki, doğru yol tapa biləsiniz`` (``Əl-Ərəf``, 158).

 

Məhəmməd Peyğəmbərin (s) xalq arasında nüfuzu getdikcə artırdı. Çox dərrakəli və gözəl sifətlərə malik Həzrət Mühəmməd Allahın əmriylə sonuncu və şərafətli Peyğəmbər olmalı idi. Məhəmməddə Adəmin dürüst əxlaqı, Asəfin dərin zəkası, İbrahimin tükənməz mərhəməti, İsmayılın bəlağətli nitqi, Yəqubun müəmmaları dərk etmə məharəti, Yusifin misilsiz gözəlliyi, Davudun təmənnasız xeyirxahlı-ğı, Musanın sarsılmaz dəyanəti, İsanın inamı toplanmışdı. Bütün bunlardan xə-bərdar olan dünyanın tanınmış şairləri Allah Rəsuluna çoxlu şeirlər, qəsidələr qoşmuşlar.

Miladi təqvimiylə 610-cu il rəcəb ayının 27-də Məhəmməd Peyğəmbərə ilk vəhy gəldi (``Ənkəbut``, 48-49). Bu vəhy onun öz peyğəmbərliyini elan etməsindən ötrü idi.

Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilməsi günündən bəhs edən təfsirçilər göstərirlər ki, bu məşhur gündə Peyğəmbər özünün Həra dağındakı tənha mənzi-lində idi. Qəflətə Cəbrail mələk nazil olub deyir: ``Allah Təala buyurur ki, Sən öz peyğəmbərliyini elan edəsən və xalqı bütpərəstlikdən uzaqlaşdırıb bir olan Allaha inanmağa çağırasan``.

Bu sözlərdən həyəcana gəlmiş Peyğəmbərimiz bir anlıq cismani sarsıntıdan sonra Allahın qüdrət və əzəmətindən titrədi, sonra isə hərəkətsiz qaldı. Cəbrail ikinci dəfə ona Allahın əmrini təkrar etdi və tək buraxdı. Bu əhvalatdan sonra özünə gələn Peyğəmbər Həra dağından enərək evlərinə gəldi. Həyat yoldaşı Xədi-cə, Peyğəmbərin üzündə qeyri-adi bir şəfəqin saçdığını gördü və dərhal soruş-du: ``Ey mənim Alicənabım, bu nə nuri-şəfəqdir?``. Peyğəmbər cavab verdi: ``Qal-xın və deyin ki, La ilahə iləllah, Məhəmmədən Rəsulullah`` (Allah birdir, Mə-həmməd onun elçisidir). Bu sözlərdən sonra o, yatağına uzandı və Xədicədən xa-hiş etdi ki, onun üstünü örtsün. Xədicə onun üstünü yenicə örtmüşdü ki, qəflə-tən gözə görünməyən bir kəsin amiranə səsi eşidildi: ``Ey bürünüb yatan, qalx və təkbir - ``Allahu Əkbər``, - de``.

Peyğəmbər tez ayağa qalxıb Kəbəyə getdi və orada ibadət etdi. Kəbəyə birinci gələn Xədicənin əmisi Vərqa oldu. Çox qoca olan Vərqa bir neçə gündən sonra vəfat etdi.

Peyğəmbərə ilk iman gətirən həyat yoldaşı xanım Xədiceyi-Kübra və əmisi oğlu Əli ibn Əbutalib idi.

Yeni əqidə ətraf yerlərə yayılmağa başlayanda müsəlmanların sayı 50-yə çatdı. Lakin müsəlmanlar hələ 3 il də öz etiqadlarını gizli saxlamalı oldular.

Bir gün Peyğəmbər Səfa dağına gedərək bütün nüfuzlu Qüreyşiləri yanına çağır-dı. Dəvət olunanların hamısı gəlmişdi. Maraqlısı o idi ki, orada çağırılmayan-lar da vardı. Bu zaman Həzrət Məhəmməd üzünü camaata tutub dedi: ``Siz bunu təsdiq edərsinizmi ki, mən həmişə düz danışan və sizə qarşı hər işdə təmənna-sız olmuşam``. Camaat Peyğəmbərin fikrini təsdiq etdikdən sonra o, sözünə davam edərək dedi: ``İndi ki, belədir onda gərək siz həmişə mənə inanasınız. Mənim nəsihətlərimi yaxşı dinləyin və onlara əməl edin. Allahın qəzəbindən qorxun. Mən sizi haqq olan bir Allahı tanımağa çağırıram. Öz əllərinizlə düzəldib ha-zırladığınız bütlərə inanmaqdan, onlara ibadət etməkdən əl çəkin. İbrahimin və İsmayılın qəbul etdiyi və bizə vəsiyyət etdikləri etiqada qayıdın...``

Səfa dağına toplaşanlar Həzrət Məhəmmədin nitqini diqqətlə dinləyirdilər. Pey-ğəmbər nitqini təzəcə qurtarmışdı ki, əmisi Əbu Ləhəb irəli sıçrayaraq ``bizim baş bütümüz Sənə qənim olsun!`` deyib Allah Rəsulunu təhqir etdi və yerdən daş götürüb ona tərəf atdı. Bu hadisədən sonra oraya toplaşanlar dağılışdılar.

Peyğəmbər ordan Kəbəyə getdi və vaxtilə İsmayıl peyğəmbərin oturduğu daşın üzərində əyləşdi. Burada da Qüreyşləri yeni dinə gəlməyə, özünü də bir Peyğəm-bər kimi tanımağa çağıran Həzrət Məhəmməd əlavə etdi ki, ``bu dünyada çox ölkə-lər dini qəbul edəcəklər ki, Axirətdə əzab -əziyyətdən azad olsunlar`` və bütün bütlərə lənət oxumağa başladı. Əhalinin çox hissəsi ona istehza edib dağılış-dılar. Çox keçmədən Qüreyş ağsaqqalları toplaşıb məsələ ilə bağlı Əbu Talibə xəbər vermək qərarına gəldilər. Onlar hətta Əbu Talibin qardaşı oğlunu cəza-landırmayacağı təqdirdə, özləri onun barəsində tədbir görəcəklərini söylədi-lər. Əbu Talib isə onları sakitləşdirməyə çalışdı.

Artıq bu zaman Həzrət Məhəmmədə yeni -yeni vəhylər gəlirdi. Bu vəhylərlə Al-lah-Təala Məhəmmədə İslam dini haqqında qohum və tanışlara məlumat verməyi tapşırırdı. Bildirirdi ki, bu dini qəbul edib itaət edənləri ``müsəlman`` adlan-dırsın.

Həzrət Peyğəmbər qohum tanışlardan 40 nəfəri evinə dəvət etdi. Sonra üzünü on-lara tutub qətiyyətlə dedi: ``Mən sizə indiyə qədər heç kəsdə görmədiyiniz bir ecaz gətirmişəm. Əgər desəm ki, üstünüzə düşmən hücum çəkəcək, inanarsız?``. Qohumları onun sözlərini təsdiq etdikdən sonra sözünə belə davam etdi: ``...İnanın ki, Allah məni düz yola çəkmək, müqəddəs iradəsini sizə çatdırmaq, siz bəndələri Onun qəzəbindən qorxutmaq üçün göndərib. Kim qardaşım və davam-çım olub mənimlə işləmək istəyir?`` Qohumlardan səs-səmir çıxmadı. Təkcə Məhəm-mədin qardaşı oğlu gənc Əli ibn Əbu Talib ayağa qalxıb dedi: ``Ey Peyğəmbər! Mən səninlə olmağa hazıram. Əgər bir kimsə sənə xəta toxundurmaq istəsə, onu öldürərəm``. Həzrət Əli (ə) doğrudan da, hər zaman Məhəmmədə sadiq oldu, ən çə-tin anlarda belə onu tərk etmədi.

Həzrət Məhəmmədin peyğəmbərliyini təsdiq edən yeni-yeni ayələr nazil olmaqda idi. Bu ayələrdə o, şahid, nur, müjdəçi kimi tanınırdı. Artıq Məhəmməd Peyğəm-bərin Ərəbistanın hər tərəfinə yayılmış yeni nəzəriyyəsi ilə maraqlananlar dəstə-dəstə Məkkəyə gəlirdilər. Lakin Qüreyşlər Həzrət Məhəmmədi təhqiedici ifadələrlə nüfuzdan salmağa çalışırdılar. Bəziləri isə Onu mal-dövlətlə ələ alıb fikrindən döndərmək istəyirdilər. Bütün cəhdlərin əbəsliyini gördükdə isə Məhəmməd Peyğəmbəri və ona iman gətirənləri təqib etməyə başladılar. Onlardan bir çoxuna zireh geyindirib qızmar günəş altında uzadır, döyür, işgəncə verir-dilər.

Lakin bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq sonunda Allahın dini qa-lib gəldi və nəinki Ərəbistanda, bütün dünyada yayıldı...

Təbriz Radiosu--Həzrət Məhəmmədin (s) Peyğəmbərliyə məbus olması barəsində çox müxtəlif xəbərlər və rəvayətlər vardır. Onların hamısını burada zikr etmək mümkün deyil. Əhli-beyt alimlərinin tədqiqatlarının nəticəsi budur ki, həzrətin (s) pryğəmbərlik rütbəsinə yetişməsi rəcəb ayının 27-də, növruz günü, yəni gönəş həməl bürcünə daxil olan vaxt olmuşdur. Bu zaman həzrətin (s) qırx yaşı tamam olmuşdu.
Həzrət Əmirəlmöminin Əli (ə) "Nəhcül-bəlağə" əsərində buyurur: ki, o cənab (s) hələ südəmər çağlarında olarkən Allah-Taala ən böyük bir mələyi ona yəhkim etmişdi ki, gecə-gündüz ondan ayrılmaz ona hüsni-ədəb və hüsni-əxlaq təlqin edərdi.
İmam Məhəmməd Baqir (ə) buyurub ki, hələ besətdən qabaq o Cənaba (s) Cəbrail mələk nazil olurdu, onun səsini eşidir və onu öz sürətində görürdü. Yenə İmam Baqir (ə) buyurur ki, Allah-Taalanın Ruh adlı bir məxluqu var ki, Cəbrail və Mikail mələklərdən çox böyükdür və o, həmişə həzrət Məhəmməd (s) cənablarının yanında olub onu irşad edərdi, eləcə də Peyğəmbərdən (s) sonra məsum imamların irşadı ilə məşğul olardı. Hədislərdə deyilir ki, Cəbrail o həzrətə (s) nazil olanda əvvəlcə evin qapısında dayanıb izn istəyirdi, sonra daxil olub o həzrətin (s) qabağında qullar kimi ədəblə oturardı.

Digər hədislərdə deyilir ki, bəzən o həzrət (s) səhabələri arasında olarkən qəflətən bihuş olub qəşş halətinə düşər, tər tökərdi. Bu, ona vəhy nazil olması əlaməti idi. Belə hallarda mələk vasitəsi ilə yox, Allah-Taala ona vasitəsiz vəhy nazil edirdi, o cənab (s) Allah-Taalanın cəlal və əzəmətinin dəhşətindən bu hala düşürdü.
Həzrət Əli (ə) cənablarından rəvayət olunur ki, "Maidə" surəsi nazil olanda o həzrət (s) Şəhba adlı qatıra səvar idi. Vəhy o qədər əzəmətli və ağır idi ki, qatır yeriyə bilməyib dayanır və beli oqədər əyilirdi ki, qarnı sallanıb göbəyi yerə çatırdı. O həzrət (s) bihuş oldu və mübarək əlini yanında olan səhabələrdən ibn Vəhəbin başına qoydu. O hal keçəndən sonra nazil olan "Maidə" surəsini bizə oxudu.
Şeyx təbərsi, Qütbi-Rəvəndi və digər təfsirçi və hədisçilərin söylədiklərinə görə, hələ besətdən qabaq o həzrət (s) tənhalığı sevər və Məkkənin hira dağında Allah-Taalaya ibadət edərdi. O, mələklərin səsini eşidərdi, həqiqətə müvafiq yuxular görərdi, qulağına səslər gələrdi. Belə məqamlarda yalnız Əli (ə) və Xədicə ona məhrəm olardı. Əmrünün otuz yeddinci ilində, bir gün Məkkə dağları arasında Əbu Talibin qoyunlarını otararkən bir nəfər ona rast gəlib dedi: "Ya Rəsuləllah! Həzrət (s) soruşdu: "Sən kimsən?" dedi: "Mən Cəbrail mələyəm, Allah-Taala məni göndərib ki, səni pryğəmbərliyə yetirəm" O, ayağını yerə vurdu. Oradan bir çeşmə açıldı, Cəbrail o su ilə dəstəmaz aldı və o həzrətə (s) dəstəmazı təlim etdi. O həzrət (s) Əli (ə) ilə birlikdə zühr namazını qıldı. Sonra evə gəldilər və Xədicə ilə birlikdə əsr naçazını qıldılar.
İmam Həsən Əskəri (ə) cənablarından rəvayət olunur ki, Rəsuli-Əhrəm (s) qırx yaşına çatdıqda Allah-Taala onu bəndələr arasında qəlbi Allaha ən yaxın və ondan qorxan, həm də itaətkar olan bəndə görüb onun gözünə başqa bir nur bəxş etdi. Asimandsan dəstə-dəstə mələklər nazil olurdu, o həzrət (s) onları görürdü.
Allah-Taala Ərşdən o həzrətin (s) mübarək başına qədər öz rəhmətini müttəsil etdi. Cəbrail mələk asimanı və yeri əhatə edərək ona nazil oldu. Sonra o həzrətin (s) qolundan tutub hərəkətə gətirdi. Və dedi: "Ya Məhəmməd, oxu!". Həzrət (s) buyurdu: "Nə oxuyum?"
Cəbrail dedi: "İqrə bismi rəbbikə"... yəni, öz Rəbbimin adı ilə oxu və s. O, Allahın əvvəlinci vəhyini həmin sözlərlə o həzrətə (s) yetirdi ("Ələq" surəsinin ilk ayələri).
Sonra başqa vaxtda Cəbrail yetmiş min məlyin müşayiəti ilə nazil olub o həzrət (s) üçün izzət və kəramət kürsisi gətirdi, mübarək başına nübüvvət (peyğəmbərlik) tacı qoydu. Həmd Ələmini onun əlinə verib dedilər: "Bu kürsidə oturub ucal və Xudavəndi-aləmə həmd elə".
Məhz bu gündən etibarən islam dünyəvi din kimi meydana gəldi və Ərəbistan yarımadasından başlayaraq bugünkü müsəlman ölkələrində əsas etiqada çevrildi. Lakin bu, hələlik son hədd deyildir. Yəni dünyada müsəlmançılığı qəbul edənlərin sayı gündən-günə artmaqdadır.

Təbriz Radiosu-- "İqrə , oxu səni və bütün insanları yaradan Pərvərdigarın adı ilə."

Məhəmməd (s) amma oxuyub yazmaq bilmədiyi üçün soruşdu : Oxuyum?! Necə oxuyum? Oxumaq bilmirəm .

Sirlə dolu o gecədə dərin bir yuxu Məkkəni bürümüşdü. Amma gözlənilmədən səmalardan saçan bir nur Məhəmmədin gözlərini işıqlandırdı . Bu nur vəhy mələyi Cəbrayıl idi. Cəbrayıl bir daha Məhəmmədə dedi : Ey Məhəmməd! Oxu

Oxu dünyanı yaradan tanrının adına . İnsanı donmuş qandan yaradanın adına . Oxu ki Pərvərdigarın hamıdan görkəmlidir . O ki qələmlə öyrətdi. Və insana bacarmadığını öyrətdi . Bütün vücudu səmavi həyəcanla dolmuş Məhəmməd (s) oxumağa başladı.

O həyəcanlı çağlarda Məkkənin "Əmin" ləqəbi ilə məşhur olan Həzrət Məhəmməd, Peyğəmbər (s) seçildi . Bu möhtəşəm hadisədən sonra Məhəmməd Həra mağarasından çıxdı. Ulduzlar sayrışan o gecə də Məhəmməd evinə gedib dinclik istəyirdi . O bu böyük sirri həyat yoldaşı Xədicəyə demək istəyirdi . O evinə tərəf yola düşdü . Xədicə qapını açanda Məhəmməd (s)-in qara nüfuzlu gözləri parlayırdı . Onun nurlu siması daha da cazibədar olmuşdu. Xədicə nəsə bir hadisənin baş verdiyini hiss etdi . Məhəmməd (s) baş vermiş hər nəyi ona söylədi . Xədicə qəribə bir həyəcanla əmisi oğlu Vərqət ibni Nofelin evinə gedib macəranı ona da danışdı. Vərqət ibni nofel dedi: Əgər dediyin macəra baş vermişsə bil ki Məhəmməd İlahi peyğəmbərdir . Ona de ki işində əzmkar olsun . Xədicə sevinclə evinə qayıtdı . O Məhəmmədlə müşayiət məsuliyyətini üzərinə götürdüyünü hiss edirdi . Qapını açıb həvəslə Məhəmmədə söylədi: Sənə salam olsun ay Allahın peyğəmbəri.Və beləliklə Xədicə Peyğəmbərə iman gətirən ilk şəxs oldu.

Besət zamanı dünya xürafə və cəhalətə dolub insani dəyərlər tapdalanmaqda idi. İnsanlar ibtidai hüquqlarından məhrum edilir . Hicazda qadın atası , əri və ya böyük oğlunun malı-əmlakı kimi qiymətləndirdi və varis kimi köçürüldü də.

İnsanı əşya kimi qiymətləndirmək dini ənənələrdə daha çox öz əksini tapırdı. Bəzi qəbilələrdə qızları diri-diri basdırdılar. Görürdün ki bir balaca qız taleyindən xəbərsiz olaraq atasına yeri qazmaqda yardım edirdi və az sonra həmin qazılan yerdə basdırıldı. Kobudluq gözə çarpırdı.

Digər yollarda insanları öldürmək və şahzadələri siyasi rəqabət meydanından çıxarmaq üçün kor eləmək dəbdə olan bir metod sayılırdı . Günəş, ay, müxtəlif heyvanlar və bəzi insanları pərəstiş etmək ağılla söykənmək yollarını bağlamışdır. Bu ətraflı böhran baş almış halda Məhəmməd islahat bayrağını qaldırdı.

Məkkə sakinlərindən biri dedi : Allah peyğəmbərini gördüm ki , xalqı bütpərəstlikdən çəkindirib və yeganə tanrını sitayiş etməyə dəvət edirdi . Amma bəziləri onu lağa qoyub və bəziləri də başına kül tökürdülər. Bəziləri də ona söyüş verirdilər . Bu arada nigaran bir qız bir qabda su gətirdi və Peyğəmbər əl-üzünü yuyub ona dedi : Qızım narahat olma səbirli ol və atanın məğlubiyyətindən qorxma ilahi din qələbə çalacaq. Başqa bir gün də Allah peyğəmbəri məsciddə camaata danışırdı : Ey camaat qarşılıqlı haqlarınıza hörmət edin . Sədaqətli olub zülmkarlığa yol verməyin , qonşunun haqqın ödəyin . Birləşin və təfriqədən uzaqlaşın . Bu arada bir qrup əl çalmaqla Peyğəmbərin səsini batırmaq istədi . Sonra təhqirlə ona dedilər yaxşı, ey Məhəmməd! Allahın dahanə söyləyib ? de və bizi güldür . Amma Məhəmməd dözümlük və mehribanlıqla dolu ürəklə düşmənlərin əziyyətinə göz yumub əllərini göyə qaldırıb söylədi : İlahi bu camaata yol göstər onlar bilmirlər .Əslində insanın səadətə çatması Peyğəmbərin besətinin əsas müraciətidir . Başqa sözlə Besət cəhalət , küfr , xürafə və insan haqlarına təcavüz sahələrində böyük bir inqilab kimidir . Bu üzdən təfəkkür sahibləri Peyğəmbəri ən böyük mərifət , dəyər və ictimai inqilab kimi qiymətləndirirlər. Peyğəmbər dünya və axirət , vəzifə və məsuliyyət , iqtisad və siyasət , əxlaq və mənəviyyat sahələrinin təfərrüatında belə bəşər üçün yol göstəricisinə malik olub .

Quranın təbirincə Peyğəmbərin Besəti bəşərin qarşısındakı bir yol açıb onu qaranlıqdan nura tərəf hidayət etdi. Əhzab surəsini 43-cü ayəsində oxuyuruq : O və onun mələkləri siz möminləri salamlayırlar ki, qaranlıqdan işıqlığa tərəf gedəsiniz . Bu qaranlıqlar küfr, cəhalət, zülm ,ədalətsizlik , ayrı-seçkilik ,əxlaqsızlıq , qardaşı öldürməkdən ibarətdir.

Demək olar ki , müasir dünya çoxlu mənəvi və əxlaqi çatışmazlıqlarla üzləşdiyinə görə hər zamandan artıq ilahi peyğəmbərlərin göstərişlərinə ehtiyac duyur. Hazırda keçmişlə müqayisədə ölkələr daha ətraflı və yaxşı qanunlara malik olublar amma təcrübə göstərir ki, insanın çıxardığı qanunlar onun ruhi problemlərinin həlli üçün kifayət deyil. Sosial iqtisadi və təhlükəsizlik vəziyyəti hər zamandan artıq çətinləşmişdir . Bu da tamahkar güclərin hegemonluğunun məhsuludur . Digər tərəfdən dünyanın potensialı peyğəmbərlərin müraciətini dərk etmək üçün artmışdır . Bəşərin elmi inkişaf etdikcə İslamın müraciəti də genişlənir . Hazırda bəşəriyyətin İslam və tövhid habelə mənəviyyat , ədalətsevərlik və insani kəramət müraciətinə meyli artmışdır . Belə ki insanlar böyük hərəkatlar və inqilabları ilə mənəviyyat və əxlaqa ehtiyaclarını üzə çıxarıblar və bunları təkcə Peyğəmbərlərin öyüdləri də tapmaq olar .

Əziz İslam Peyğəmbəri Besətdə məqsədi dünyada əxlaqı kamilləşdirmədə görüb buyurub: Mən əxlaqı kamilləşdirmək üçün seçildi . Bu da bizim hazırkı dünyamızın itirdiyi xəzinədir.