Bazar, 22 Mart 2020 17:42

Məbəs gününün əməllərinin daha yiğcam təqdimatı (Ayətullahul-üzma Məkarim-Şirazi ağanın tərtibatı əsasında)

Məbəs gününün əməllərinin daha yiğcam təqdimatı (Ayətullahul-üzma Məkarim-Şirazi ağanın tərtibatı əsasında)

Məbəs günü aşağıdakı əməlləri yerinə yetirmək tövsiyə olunur:


1. Qüsl almaq.


2. Oruc tutmaq (70 il orucun savabı vardır)


3. Çoxlu salavat demək


4. Rəsulullahı (s) və Həzrət Əlini (ə) ziyarət etmək.


5.  12-rükətli (6 ədəd 2-rükətli) namaz qılıb, bitirdikdən sonra "Fatihə", "Fələq" və "Nas" surələrinin hərəsini 4 dəfə oxuyub, sonra bu duanı 4 dəfə demək:


لا إِلٰهَ إِلّا اللّٰهُ، وَاللّٰهُ أَکْبَرُ، وَسُبْحانَ اللّٰهِ، وَالْحَمْدُ لِلّٰهِ، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلّا بِاللّٰهِ الْعَلِیِّ الْعَظِیمِ


(“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim")


Sonra 4 dəfə:


اللّٰهُ اللّٰهُ رَبِّی لَاأُشْرِکُ بِهِ شَیْئاً.

 


("Allahu Allah Rəbbi la uşriku bihi şəy'a")


Sonra 4 dəfə:


لَاأُشْرِکُ بِرَبِّی أَحَداً.


("La uşriku bi-Rəbbi əhəda”")

 

 

 

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”. Soruşurlar ki, bu əməllər hansılardır?

 

Buyurur: “İşa namazından sonra gecə yarısından əvvəl ayağa qalx, 12 rükətli namaz qıl ki, 2-rükətli altı namaz olur. (Hər bir rükətdə “Həmd”dən sonra qısa və ya geniş surələrdən oxumaq).

 

Hər iki rükətin salamından sonra “Həmd” ("Fatihə") surəsini 7 dəfə, “Nas” və “Fələq” surələrini 7 dəfə, “Tövhid” ("İxlas") və “Kafirun” surələrini 7 dəfə, “Qədr” surəsini və “Ayətül-kürsü”nü 7 dəfə oxu və bundan sonra bu duanı oxu:

 

 

 

اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً

 

اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ

 

 

بِاسْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ .

 

 

Bundan sonra Allaha dua et”.

 

- Bu gecədə qüsl almaq müstəhəb əməllərdəndir.

 

- Bu gecənin ən fəzilətli əməli isə Həzrət Əmirəl-möminini (ə) ziyarət etməkdir.

 

Məbəs gününün əməlləri

 

Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, o Həzrəti (s) risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

 

1. Qüsl.

 

2. Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.

 

3. Çoxlu salavat göndərmək.

 

4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.

 

5. Şeyx Misbah İmam Cavaddan (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət namaz qılaq. Namaz bitəndən sonra isə “Həmd”, “Tövhid”, “Nas” və “Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri 4 dəfə oxunmalıdır:

 

لا اِلهَ اِلا اللهُ واللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا

قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ"

/ اللهُ اللهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَیْئا/

/ لا اُشْرِكُ بِرَبِّى اَحَدا/

 

Sonra isə hacətini istəmək. (Tebyan)

Şərh yaz


Məxfi kod
Yenilə