Cümə axşamı, 12 Aprel 2018 15:12

Qum şəhəri İmam Musa Kazımın(ə) qəmində qaraya bürünüb

Qum şəhəri İmam Musa Kazımın(ə) qəmində qaraya bürünüb

Tehranın cənubunda yerləşən Qum şəhəri şiələrin yeddinci imamı Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günündə qaraya bürünüb və matəm içindədir.

Bu gün 25 Rəcəb 1439-cu hicri qəməri ili, 12 Aprel 2018-ci ilə şiələrin yeddinci imamı həzrət İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günüdür.

Qum əhalisi çərşənbə günü axşamd İmam Musa Kazım(ə)-ın əziz qızı həzrət Məsumənin(s) məqbərəsinin kənarında müxtəlif matəm mərasimləri təşkil edərək, əza saxlayıb.

Qum şəhərində olan xarici ölkə vətəndaşları da matəm mərasimləri təşkil edərək, İmam Musa Kazıma(ə) olan eşq və məhəbbətlərini bəyan ediblər.

Xanım Məsumənin(s) məqbərəsi də başdan-ayağa qaraya bürünüb, zəvvarların iştirakı ilə əzadarlıq mərasimləri keçirilib.

Cəmkəran məscidi, imamzadələr, İnqilab Rəhbərinin ofisi və təqlid mərcələrinin evlərində də xalqın geniş iştirakı ilə İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü gününə həsr edilmiş matəm mərasimləri keçirilib.

Şərh yaz


Məxfi kod
Yenilə