Bazar ertəsi, 08 Yanvar 2018 12:08

Türkiyəli oyma ustası Quranı ağac üzərinə yazdı

Türkiyəli oyma ustası Quranı ağac üzərinə yazdı

Quranın 30 cüzünü ağac üzərində yazdı və onu Çamlıca məscidinə hədiyyə edəcək.

İslamazeri.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki,1942-ci ildə Türkiyənin Konya şəhərində anadan olan ağac üzərində oyma və xətt ustası Münir Erbörü 1976-cı ildən ağac üzərində rəsm və naxışlar çəkməklə məşğuldur. 

Bu günə qədər çox sayda rəsm, boyama, oyma, xəttatlıq işləri görən M.Erbörü deyib ki, oxunuşu ən rahat olan Hafiz Osman xətti ilə yazılmış Quranı alıb, A-3 formatda böyüdərək Quranı ağac üzərinə yazmışam. 

O deyib ki, Quran surələri 3 milimetrlik ağcaqayın ağacı üzərinə yazılıb. “Quranın ağac üzərinə yazılışı təqribən 27 ay çəkdi. 2015-ci ildə yazmağa başladım və 2017-ci ilin üçüncü ayında işi bitirdim.”

M.Erbörü yazdığı Quranı Çamlıca məscidinə hədiyyə edəcəyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə