Çərşənbə, 03 Yanvar 2018 23:55

Ayətullah Mələki Təbrizi haqqında sadiq yuxu

Ayətullah Mələki Təbrizi haqqında sadiq yuxu

Ustad Fatimi Niya nəql edir: “Şeyx Muhəmməd Hüseyn Bahari özü mənə danışmışdır: “Cavan idim və Mirzə Cavad (Mələki Təbrizi) minbər başında bizə dərs keçirdi. Bir dəfə gördüm ki, onun iki nurani gözü mənə tərəf çevrildi və məndən soruşdu ki, haralısan?”.

 

Dedim: “Bəhardanam”.

 

Bu sözləri deyən kimi alim hönkürtü ilə ağlamağa başladı. Dedi: “Şeyx Muhəmməd Bəharinin qəbri ziyarətgah olubdur, yoxsa yox?”. Sonra özü dedi: “İnşəallah mən gələn cümə axşamı günü onun qonağı olacağam”.

 

Şagirdlərindən biri dözə bilmədi və bu sözlərdən ağladı. Həzrət Məsuməyə (s.ə) pənah apardı. Soruşduq ki, nə olubdur? Dedi: “Mən bu alimi yaxşı tanıyıram. Deyir ki, gələn cümə axşamı Şeyx Muhəmmədin qonağı olacağam”.

 

Biz də onu sakitləşdirib dedik: “O, nə imamdır, nə də peyğəmbər. Niyə sözlərinə bu qədər tez inanırsan ki? İndi ki, halı yaxşıdır, narahat olma”.

 

Mühüm olan budur ki, bir gecədə Darul-şəfanın 250 tələbəsi yuxuda görmüşdülər ki, Ayətullah Mələki Təbrizinin tabutunu aparırlar və Həzrət Peyğəmbər (s) bu cənazənin qarşısında hərəkət edir””. (Tebyan)

 

Ağa Hüseyn Fatimi nəql edir: “Cümə axşamı günü Cəmkərana hərəkət etdim və zöhrdən əvvəl evimə qayıtdım. Evə girən kimi mənə xəbər verdilər ki, Hacı Mirzə (Mirzə Cavad Mələki Təbrizi) sizi soruşurdu. Onun xəstələndiyini eşidib, xidmətinə getdim.

 

O, hamama gedib, pak və təmiz halda yatağına uzanmışdı. Zahirdə belə görünürdü ki, azanı gözləyir. Ancaq intizarı bundan artıq idi. Zöhr namazı gəlib çatan kimi yatağında azan və iqaməsini dedi. Təkbir deyib əllərini qaldırdı və əlləri ttirəyib yerə düşdü və gözlərini bu dünyaya yumdu”.

 

Şərh yaz


Məxfi kod
Yenilə