Cümə, 28 iyul 2017 16:52

Zəkat verməyin vacibliyinin sirri nədədir?

Zəkat verməyin vacibliyinin sirri nədədir?

Muhəmməd ibni Sənan İmam Rzaya (ə) yazdığı məktubda Həzrətə (ə) belə bir sual verir: “Zəkat verməyin vacibliyinin sirri nədədir?”.

İmam (ə) cavabında yazır: “Zəkat – yoxsulların ruzisi və qüvvətidir. Zənginlərin malını qoruyar. Ona görə də Allah Təala düzgün insanları vəzifələndirmişdir ki, yoxsul və miskinlərə əl tutsun və onların işləri ilə məşğul olsun. Belə ki, Allah Təala buyurur: “Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz”. (“Ali-İmran” 186).

Məqsəd odur ki, malınızın zəkatını çıxardasınız. Nəfsinizin imtahanı odur ki, nəfsinizi səbir etməyə hazır edəsiniz və Allahın nemətlərinə görə şükrünü əda edəsiniz. Ümidvar olun ki, bu nemətlər sizin üçün artacaqdır, bir şərtlə ki, siz də zəiflərə qarşı mehribanlığınızı artırasınız. Miskinlərə sevgi göstərəsiniz.

Bu zəkat – zənginlər üçün öyüd və nəsihətdir. Belə ki, ona diqqət edərək, axirətin yoxsullarına çevrilə bilərlər və nəticədə axirətdə yoxsulluğu aradan qaldıra bilən şeyləri hazır edə bilərlər.

Zəkatın başqa sirri budur ki, onu vermək zənginləri Allah Təalaya şükür etməyə vadar edər. Çünki yoxsullara zəkat vermək lazımlı edir ki, onu verən zəngin olsun və bu zənginliyi onlara Allah Təala vermişdir. Öz lütf və inayətindən onları ətalarına şamil etmişdir. Nə zaman mal sahibi bu nöqtəyə diqqət edər, Allahın şükrünü yerinə yetirər və Ondan məmnun olar.

Zəkatın başqa bir sirri budur ki, zənginlər o zaman ki, yoxsulların vəziyyətini görərlər, Allaha dua edərlər və onlar kimi olmaq qorxularını Allaha elan edərlər. Allahdan istəyərlər ki, onların talelərinə düçar olmasınlar. Zəkat əda etməkdə, sədəqə verməkdə, sileyi-rəhmdə, müsbət və bəyənilən işlər görməkdə daha çox səy edərlər”. (Həvzəh)

Allah Təala bizləri öz vəzifəsini dərk edənlərdən qərar versin.

 

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob