Bazar, 14 Fevral 2021 19:46

Rəcəb ayının 3-ü İmam Əliyyən Nəqi(ə)ın şəhadət günüdür

Rəcəb ayının 3-ü  İmam Əliyyən Nəqi(ə)ın şəhadət günüdür

Bazarertəsi Fevralın115-i hicri-qəməri ili Rəcəb ayının 3-ü şiələlrin 10-cu İmam Hadi (ə)-ın şəhadətinin ildönümü günüdür

Hadi ləqəbi ilə məşhur olan müsəlmanların 10-cu imamı Əliyyən-Nəqi (ə) 214-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı.Yaşının az olmasına baxmayaraq Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz bir şəxsiyyət idi.Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı.

Şərh yaz


Məxfi kod
Yenilə