Çərşənbə, 08 Yanvar 2020 23:11

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk

2020-ci il yanarın 29, 1441-ci hicri qəməri ili cəmadiəssani ayının  üçü, rəvayətə görə, Böyük İslam Peyğəmbəri- Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirimominan Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Paklıq Əhli-Beyti(ə)-ın vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərində və Həzrət Məsumə(s.ə)-nın Qum şəhərindəki ilahi ziyarətgahlarında Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın məzlumcasına şəhadətinin matəm mərasimində iştirak edirlər.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) besətin beşinci ilində cəmadiussani ayının iyirmisində müqəddəs Məkkə şəhərində dünyaya gəlib.

O həzrət uşaqlıqdan atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in göstərişləri altında yüksək ilahi maarif ilə tanış olubdur.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası- Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiuləvvəl ayının 13-də və ya cəmadiussani ayının üçündə şəhid olubdur.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın rəvayətə görə, şəhadətinin gəlib çatması münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.

Şərh yaz


Məxfi kod
Yenilə