Çərşənbə axşamı, 05 Dekabr 2017 19:25

Əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu mübarək olsun

Əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu mübarək olsun

Hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si Əziz İslam Peyğəmbərinin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud günüdür.

Artıq bir həftədir ki, bütün İslam dünyası Əziz İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə “Vəhdət həftəsi” adı altında bayram tədbirləri keçirir.

İslamın Əziz Peyğəmbəri Həzrət Muhəmməd ibn Abdullah (s) cümə günü rəbiul-əvvəl ayının 17-də Fil ilində müqəddəs Məkkə şəhərində dünyaya göz açıb. Onun adı Muhəmməd (s), künyəsi Əbül-Qasim, atasının adı Abdullah və anası isə Vəhəbin qızı Aminə idi.

Altıncı İmam Cəfər Sadiq (ə) hicrətin 83-cü ili rəbiul-əvvəl ayının 17-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib. İslamın altıncı imamının adı Cəfər (ə), künyəsi Əbu Abdullah, ləqəbi isə Sadiqdir. İmam Sadiqin (ə) atası beşinci İmam Muhəmməd Baqir (ə), anası isə Ummu Fərvədir.

Təbriz Radiosu olaraq bu böyük bayramlar münasibətilə sizi təbrik edirik.

 

"Mövlud Günü"nün əməlləri:

 

Əhli-Beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Günün bir neçə əməlləri vardır:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.

7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.

Şərh yaz


Məxfi kod
Yenilə