Cümə axşamı, 15 June 2017 18:46

Ramazan ayının 21_ci gecəsi

Ramazan ayının 21_ci gecəsi

Ramazan ayının 21_ci gecəsi təqvalıların mövlası Əli(Ə)ın şəhid olduğu gecədirş Bu münasibətlə bir şer:

 

Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür!

Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.

 

Mübarək ayda vəd oldu şəhadət Şahi-mərdançun,

Peyəmbərdən hədislə öncədən qüvvətlənən gündür.

 

Rəsulullahla Zəhrayə qovuşdu Allahın şiri,

Ürəklərdə qəm üstə qəm gələn – şiddətlənən gündür.

 

Şəqi – bədbəxtlərin bədbəxti bir cürət edibdir ki,

Bu cürətdən şüca-əhli coşan, hiddətlənən gündür.

 

Əlinin bir ömür rəftarı heyrətdə qoyub xəlqi,

Əlinin son günü məxluq yenə heyrətlənən gündür.

 

Əlini kim sevər – mömin, münafiqlərsə, sevməzlər,

Səbəbdir ki, Əli düşmənləri lənətlənən gündür!

 

Diliylə rahət oldum: -  söyləyib Şahi vila, ey dil,

Bu dünyanın cəfasından Əli rahətlənən gündür!

 

Şahin Qurbanov

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob